Avropa İttifaqı: Fransa və Almaniyada seçkilər həlledici ola bilər
Tarix: 13.06.2017 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


“Biz-Avropa İttifaqının vətəndaşları birlikdə çox xoşbəxtik”. Maraqlıdır ki, 2007-ci ildə ittifaqın Berlində keçirilən 50 illik yubileyində qəbul edilmiş bəyənnamədəki bu şüara imza atan 27 dövlət başçısı, doğrudanmı, ürəklərinin səsinə qulaq asaraq imza atıblar? Sualı cavablandırmaq o qədər də asan deyil. Axı bu ölkə rəhbərlərinin maraq dairələri müxtəlif olduğu kimi, Avropa İttifaqına da münasibətləri müxtəlifdir. Böyük Britaniyanın könüllü olaraq təşkilatdan çıxmasından sonra, Fransanın yeni prezidenti çıxış yolunu Almaniya kansleri Angela Merkellə güclü birlikdə görür.
Bu gün Avropa İttifaqının daxilində kifayət qədər problemlər var. Başlıca problemlərdən biri ittifaqda bir araya gələn 27 dövlətin, onların daxilində olan siyasi qüvvələrin fərqli maraqlara sahib olmasıdır. Digər mühüm məqam ittifaqa üzv olan 27 ölkə arasında iqtisadi, mədəni, hüquqi, sosial və digər sahələrdə fərqlərin olmasıdır. İngilis yazarı Con Kiqan özünün "İraqda müharibə" əsərində professor Kennet Minouqun olimpizm anlayışını təsvir edərək qeyd edir ki, öz müqəddəratını təyinetmə güc prosedurları ilə əvəz olunan vaxt fövqəlmilli bürokratiya, çoxmillətli hüquq sistemi və müəssisələr yaranır. Onun ehtimalına görə, belə bir fövqəlmilli bürokratiya nümunələri kimi, BMT, Aİ və Avropa İnsan Hüquqları Məhkəməsini göstərmək olar. Bu gün Avropa İttifaqı və onun Komissiyasının əsas qayəsi ayrı-ayrı ölkələri təşkilatın qərarlarını həyata keçirmək üçün gücsüz dövlətə çevirməyə hesablanıb. Bu baxımdan, artıq Fransada keçirilən, sentyabrda is Almaniyada keçiriləcək seçkinin böyük əhəmiyyəti var. Fransada keçirilən parlament seçkilərinin birinci turunun nəticələri rəsmən elan olunub. Bununla bağlı Daxili İşlər Nazirliyinin məlumatında səsvermədə 47 milyon seçicinin 48.7 faizinin iştirak etdiyi və bunun etimad böhranının nəticəsi olduğu qeyd olunub. Seçkilərin rəsmi nəticələrinə əsasən, “İrəli, respublika” hərəkatı 28,21 faiz, Respublikaçılar partiyası 15,77 faiz, Milli Cəbhə partiyası 13,20 faiz, Əyilməz Fransa partiyası 11,02 faiz, Sosialist partiyası 7.44 faiz, Demokratik hərəkat isə 4.11 faiz səs toplayıb. Seçicilərin51.29 faizi səsvermədə iştirak etməyib. Fransa parlament seçkilərinin ikinci turu iyunun 18-də keçiriləcək. Almaniyada isə indiki kansler Angela Merkelin əsas rəqibi Almaniya Sosial Demokrat Partiyasından (ASDP) namizəd Martin Şults olacaq. Şərhçilər qeyd edirlər ki, daxili siyasət aləmində Şultsun təcrübəsi o qədər də çox deyil. 61 yaşlı sosial-demokratın Almaniya siyasətinə qayıtması müəyyən mənada siyasi karyerasına yenidən başlamaq deməkdir. Şults həmişə özünü Avropa İttifaqının quruluşunun mürəkkəb olması səbəbindən ona bel bağlamayan adi vətəndaşların mənafelərinin müdafiəçisi hesab edib. Şults həmişə Avropa İttifaqı barədə bu cür fikirlərə qarşı mübarizə aparmağa çalışıb. Hərçənd, sıravi vətəndaşların müdafiəçisi rolu onun Avropa Parlamentinin rəhbəri kimi sanballı əlavə məvacib almasına mane olmayıb. O, yalnız 2014-cü ildə Avropa Komissiyasının sədri vəzifəsinə seçki kampaniyasının gedişində ona ünvanlanmış şiddətli tənqiddən sonra əlavə ödənişlərdən imtina edib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Qazaxıstanda prezident seçkilərində ilk dəfə qadının namizədliyi irəli sürülüb
23.04.2019
Ukrayna MSK prezident seçkilərində Vladimir Zelinskinin qələbəsini elan edib
23.04.2019
Özbəkistan, Türkiyə və Pakistanın birgə hərbi təlimi başlayıb
23.04.2019
“Eurasianet”: “Ermənistanda iqtisadi artım hələ də aşağı səviyyədədir”
23.04.2019
Paşinyan sürücüsünün qohumunu gömrük direktoru təyin edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info