AHİK-in nümayəndə heyəti Beynəlxalq Əmək Konfransının sessiyasında
Tarix: 13.06.2017 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının 106-cı sessiyası keçirilir. İyunun 5-dən 16-dək davam edəcək sessiyanın işində Azərbaycan Həmkarlar İttifaqlarının nümayəndə heyəti də iştirak edir.
Bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat xidmətindən məlumat veriblər. Sessiyanın iclasında nümayəndə heyətinin rəhbəri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Möhbalıyev “Əmək miqrasiyası” mövzusunda çıxış edib. AHİK sədri təəssüf hissi ilə bildirib ki, hazırda miqrasiya mənfi qlobal proseslər - milliyyətçilik, ultramilliyyətçilik, populizm, iqtisadi mühafizəkarlıq, artan antimiqrant düşüncə və siyasət fonunda baş verir. Yaranmış vəziyyət qarışıq, həm də təhlükəli hal alır. Bu isə miqrasiya siyasətinə beynəlxalq səviyyədə yeni və özünəməxsus yanaşma tələb edir. Respublikamızda əmək miqrasiyası proseslərinin idarə olunmasının təmin edilməsi və miqrasiya sahəsində vahid qanunvericilik bazasının formalaşması məqsədilə Miqrasiya Məcəlləsi qəbul edilib. S.Möhbalıyev sessiya iştirakçılarına məlumat verərək bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası üzv olduğu beynəlxalq təşkilatların əmək miqrasiyası ilə bağlı siyasətini izləyir və bu istiqamətdə aparılan bütün işlərdə yaxından iştirak edir. AHİK-in təklifləri ilə miqrasiya ilə bağlı müddəalar sosial əməkdaşlarla bağlanan üçtərəfli Baş Sazişə daxil edilərək icra olunur. AHİK sədri vurğulayıb ki, respublika həmkarlar ittifaqlarının nümayəndələri əmək miqrasiyası ilə bağlı keçirilən beynəlxalq tədbirlərdə iştirak etməklə yanaşı, bir çox seminarlara ev sahibliyi də ediblər: “Fikrimcə, məqsədlərinə çatmaq, nailiyyətlər qazanmaq üçün əməkçi miqrantların lazımi biliklər əldə etmələrinə yardımlar olunmalıdır. İlk növbədə ölkəyə giriş və çıxış razılıqlarının əldə edilməsi, əmək miqrantlarının miqrasiya etdikləri dövlətlərin qanunvericiliyi ilə əvvəlcədən tanış olmalarına şərait yaradılması daha məqsədəuyğun olardı. Biz əmək miqrasiyasına olan tələbatın idarə olunmasının, geri dönənlərin dayanıqlı reinteqrasiyası sahəsində beynəlxalq standartlara uyğun təkmilləşmələrinə tərəfdarıq. Hesab edirik ki, readmissiya olunmuş miqrantlara birbaşa yardımın göstərilməsi də əsas prioritetlər sırasına daxil edilməlidir. Peşə bacarıqlarının tanınması, səhiyyə və sosial xidmətlərdən yararlanma, hüquqi yardım və məsləhət, yaşayış yeri ilə təminat, yeni iş yerlərinin və sahibkarlıq müəssisələrinin yaradılması və sair fəaliyyətlərin təşkil edilməsinə diqqət artırılmalıdır”. Sessiya çərçivəsində AHİK sədrinin Rusiya, Yunanıstan, Gürcüstan, Türkiyə nümayəndə heyətləri ilə də görüşləri keçirilib.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info