ƏƏSMN 56631 nəfəri münasib işlə təmin edib
Tarix: 13.06.2017 | Saat: 15:02:00 | E-mail | Çapa göndər


2016-cı ili ərzində həyata keçirilən aktiv məşğulluq tədbirləri nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti orqanlarına 204283 nəfər müraciət edib.

Müraciət edənlərdən 56631 nəfəri münasib işlə təmin edilib, 1147 nəfəri haqqı ödənilən ictimai işlərə, 3352 nəfəri isə peşə hazırlığı kurslarına cəlb olunub, 11010 nəfərə işsiz statusu verilib, 11552 nəfərə işsizlik müavinəti təyin edilib.

Qurumdan bildirilib ki, 2016-cı ildə əvvəlki illə müqayisədə işlə bağlı müraciət edənlərin, işlə təmin olunanların, eləcə də işsiz statusu alanların və işsizlik müavinəti təyin olunanların sayında əhəmiyyətli artım müşahidə edilib. Pərakəndə işçi qüvvəsinin daha səmərəli və etibarlı fəaliyyətini təmin etmək məqsədilə hesabat dövründə "Əmək birjaları" tərəfindən 3093 nəfər işsiz vətəndaş, o cümlədən 1595 nəfər qadın, 1323 nəfər gənc, 107 nəfər qaçqın və məcburi köçkün, 13 nəfər əlil müvəqqəti xarakterli işlərə göndərilib.

Ötən il ərzində respublikanın 54 şəhər və rayonunda keçirilmiş əmək yarmarkalarında 1633 müəssisə tərəfindən təqdim olunmuş 14823 boş (vakant) iş yerinə 4405 nəfər işsiz vətəndaş üçün göndəriş verilib, onlardan 3420 nəfəri (77,6%-i) münasib işlə təmin edilib, 160 nəfəri peşə hazırlığı kurslarına, 141 nəfəri isə haqqı ödənilən ictimai işlərə cəlb olunub.
 
Hesabat ilində Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarına hesabat təqdim edən 13923 müəssisənin 11,5%-i və ya 1600 müəssisə tərəfindən boş (vakant) iş yerləri haqqında məlumat verilib.

2016-cı il ərzində işaxtaran və işsiz vətəndaşların işlə təmin olunmasında, əmək bazarının tənzimlənməsində işəgöturənlər tərəfindən təqdim olunan vakant iş yerləri haqqında məlumatlar öz müsbət rolunu oynayın. Qeyd olunan dövr üzrə Dövlət Məşğulluq Xidmətinin yerli orqanları vasitəsi ilə orta hesabla hər 100 vahid vakansiyaya 51 nəfər işlə təmin edilib.
 
2016-cı ilin yanvarın 26-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş iclasda ölkə başçısı tərəfindən verilən tapşırığa müvafiq olaraq məşğulluq sahəsində dövlət şirkətləri ilə birgə fəaliyyət həyata keçirilib. Dövlət şirkətləri tərəfindən qısa müddətdə Nazirliyin Məşğulluq Xidməti orqanlarına 18 minə yaxın yeni vakansiyalar barədə məlumatlar təqdim edilmiş və bu orqanlarda işaxtaran kimi qeydiyyata alınmış şəxslər müvafiq göndərişlər əsasında həmin iş yerlərində işlə təmin olunublar. Bundan əlavə, hesabat dövründə Nazirliyin Məşğulluq Xidməti orqanlarına təqdim edilmiş vakansiyalar üzrə 16,5 minə yaxın işaxtaran şəxs respublikanın regionlarında yerli icra hakimiyyətləri tərəfindən həyata keçirilən abadlıq və təmir-tikinti işlərinə cəlb edilib və bu şəxslərlə müvafiq əmək müqavilələri bağlanılıb. Müqavilələrin 25,3%-i mülki-hüquqi xarakter daşıyıb, 74,7%-i isə əmək müqaviləsi formasında rəsmiləşdirilib. Bağlanmış əmək müqavilələrinin 83,9%-i müddətli əmək müqaviləsi olub.

Görülən tədbirlər nəticəsində 2016-cı ilin mart-iyun aylarından işçi qüvvəsinin hərəkətində müsbət saldo yaranıb, yəni bağlanan əmək müqavilələrinin sayı xitam verilmiş əmək müqavilələrinin sayından artıq olub. Lakin ilin ortalarında yaranmış nisbi sabitlik ilin ikinci yarısında dəyişməyə başlayıb. 2016-cı ilin iyul ayından başlayaraq işçi qüvvəsinin hərəkətində mənfi saldo müşahidə olunub. Bunun da başlıca səbəbi bağlanmış əmək müqavilələrinin qısamüddətli xarakter daşıması idi. Belə ki, sosial məsuliyyətin bölüşdürülməsi çərçivəsində bağlanmış müddətli əmək müqavilələrinin 58,7%-i 6 ayadək, 41%-i 6 aydan 1 ilədək, 0,3%-i isə 1 ildən yuxarı olub. Sistemin məlumatlarına əsasən 2016-cı ilin may ayının 27-si ilə müqayisədə 1 yanvar 2017-ci tarixinə dövlət şirkətlərinin 2016-cı ilin fevral-mart aylarında işsiz vətəndaşlarla bağladıqları müvəqqəti əmək müqavilələrinin 13,4 min ədədinə xitam verilib.
 
Mövcud vəziyyət ilin əvvəlində sosial məsuliyyətin bölüşdürülməsi çərçivəsində dövlət şirkətləri ilə həyata keçirilmiş birgə fəaliyyətin davam etdirilməsi zərurətini ortaya qoyub. Bunu nəzərə alaraq, 2016-cı ilin dekabr ayının sonunda Azərbaycan prezidenti  tərəfindən verilən tapşırığa müvafiq olaraq məşğulluq sahəsində sosial məsuliyyətin bölgüsü çərçivəsində dövlət şirkətləri ilə birgə fəaliyyətin növbəti ildə davam etdirilməsi qərara alınıb. Hazırda bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilməkdədir.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
İlin sonuna qədər 10-dək müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşacaq
13.09.2019
Əhali 8 ayda təxminən 24 milyard manat bazarlıq edib və daha çox ərzağa pul xərcləyib
13.09.2019
Azərbaycanda işsizlik əhəmiyyətli dərəcədə azalıb
12.09.2019
“Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası” təsdiq edilib
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info