Ağcabədidə uşaq bağçası istifadəyə verilib
Tarix: 13.06.2017 | Saat: 16:32:00 | E-mail | Çapa göndər


Ağcabədi rayonunun Aran kəndində yeni inşa olunan körpələr evi-uşaq bağçası istifadəyə verilib. Azәrbaycan Hökumәti vә Dünya Bankının maliyyәlәşdirdiyi vә Kәnd Tәsәrrüfatı Nazirliyi yanında Kәnd Tәsәrrüfatı Kreditlәri üzrә Dövlәt Xidməti tәrәfindәn hәyata keçirilәn Azərbaycan Kənd İnvestisiya Layihәsi çərçivəsində inşa edilən 40 yerlik uşaq bağçasında iki qrup fəaliyyət göstərəcək.
Uşaq bağçasının açılışı mərasimində çıxış edənlər balacaları, onların valideynlərini, bağça kollektivini təbrik edib, uşaqlara gələcək həyatda müvəffəqiyyətlər və ölkəmiz üçün layiqli övlad olmalarını arzulayıblar.
Bildirilib ki, uşaqların keyfiyyətli təhsil alması və hərtərəfli qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Ölkəmizin hər yerində körpələr evləri, uşaq bağçaları, internat və orta məktəblər tikilir və ya əsaslı şəkildə yenidən qurulur.
Çıxış edən ictimaiyyət nümayəndələri və valideynlər göstərilən qayğıya görə dövlətimizin başçısına və bağçanın tikintisində əməyi olanlara minnətdarlıqlarını bildiriblər.
Tədbir musiqi proqramı ilə davam edib. Sonra mərasim iştirakçıları uşaq bağçasında yaradılmış şəraitlə tanış olublar.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dumanlı hava şəraiti ilə bağlı sürücü və piyadalara xəbərdarlıq
21.01.2019
“Milliön”dən gizli yolla 122 min manatdan çox vəsaiti talamış şəxs saxlanılıb
21.01.2019
Biləsuvarda 1176 yerlik yeni məktəb binası tikilir
21.01.2019
“AtaSığorta”: “Sığorta yığımları 8,7 milyon manat artıb”
21.01.2019
Ölkəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info