Ordubadda 60 nəfərdən çox işaxtaran işlə təmin olunub
Tarix: 13.06.2017 | Saat: 16:50:00 | E-mail | Çapa göndər


Cari ilin birinci rübündə işaxtaran vətəndaşların məşğulluğunun təmin edilməsi və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Ordubad Rayon Məşğulluq Mərkəzi tərəfindən 66 nəfər işaxtaran qeydiyyata alınıb, 62 nəfər müxtəlif sahələrdə işlə təmin olunub.
AZƏRTAC xəbər verir ki, bu dövrdə işə düzələnlərin 17 nəfərini gənclər, 33 nəfərini isə qadınlar təşkil edib. Hərbi xidmətdən tərxis olunmuş 59 nəfərlə əlaqə saxlanılıb, onların müxtəlif peşələrə yiyələnməsi üçün kurslar təklif olunub.
Sağlamlıq imkanları məhdud şəxslərin məşğulluğunun təmin olunması da diqqətdə saxlanılıb, bir nəfər ictimai işə cəlb edilib.
Həmçinin peşə seçiminə köməklik, peşə və ixtisaslar barədə məlumatların verilməsi məqsədilə rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün tədris müddəti ərzində peşəyönümlü məşğələlər keçirilib.
Həmin dövrdə işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək üçün 2 nəfər işaxtaran vətəndaş haqqıödənilən ictimai işlərə cəlb olunub.
Qeyd edək ki, 2016-cı ildə Məşğulluq Mərkəzi tərəfindən 367 nəfər işaxtaran qeydiyyata alınıb, onlardan 350 nəfər müxtəlif sahələrdə işlə təmin olunub. Mərkəz aktiv məşğulluq tədbiri kimi əmək yarmarkalarının hazırlanıb keçirilməsinə xüsusi diqqət yetirir. Bu dövrdə keçirilmiş əmək yarmarkalarında işaxtaranlara 17 idarə, müəssisə, təşkilat və özəl sektordan 145 boş iş yeri təqdim olunub. Keçirilmiş əmək yarmarkasında 41 nəfər vətəndaş işlə təmin edilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info