ƏƏSMN tərəfindən daha 50 nəfər əlil Nabran istirahət mərkəzinə yola salınıb
Tarix: 13.06.2017 | Saat: 17:02:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2017-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq, 50 nəfər əlilliyi olan şəxs Xaçmaz rayonunda yerləşən Nabran istirahət mərkəzinə göndərilib.
Qeyd olunan şəxslərin yola salınması zamanı ölkəmizdə əlilliyi olan insanların hüquqlarının təmin olunması, maddi təminatlarının artırılması sahəsində aparılan işlərdən bəhs olunub. Bu təbəqədən olan şəxslərə yönələn sosial ödənişlərin mütəmadi olaraq artırıldığı, onların tibbi-sosial reabilitasiyası və cəmiyyətə fəal inteqrasiyası istiqamətində tədbirlərin ildən-ilə gücləndirildiyi vurğulanıb.
Bildirilib ki, əlilliyi olan şəxslərin cəmiyyətin digər üzvləri ilə bərabər imkanlara malik olmaları üçün görülən tədbirlərdən biri də onların asudə vaxtının təşkil edilməsidir. Belə ki, hər il yaz-yay mövsümündə 1000 nəfərdən çox əlilliyi olan vətəndaşın təbiətin səfalı guşələrində istirahət etmələrinə şərait yaradılır. Cari ildə də bu işlər davam etdirilir və bu il əvvəlki illərdən fərqli olaraq daha çox şəxsin, yəni 1100 nəfərdən artıq əlilliyi olan vətəndaşın istirahətə göndərilməsi nəzərdə tutulub. Hazırda göndərilən şəxslər də daxil olmaqla, onlardan artıq 560 nəfərinin Lənkəran, Xaçmaz, Quba rayonlarındakı istirahət mərkəzlərinə göndərilməsi təmin olunub. Əlilliyi olan şəxslərin istirahətinin təşkili tədbirləri mövsümün sonuna qədər davam etdiriləcək.
Yola salınan insanlar yay günlərində istirahətlərinin təşkil olunmasından razı qaldıqlarını vurğulayıb, daim yüksək diqqət və qayğı ilə əhatə olunduqlarına görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info