Qurtuluş günü Binəqədidə qeyd edilib
Tarix: 13.06.2017 | Saat: 17:48:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Təhsil Nazirilyi, Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, “Fab Boya və Kimya Sənayesi MMC” nin birgə təşkil etdiyi “15 iyun Milli Qurtuluş Günü” münasibəti ilə məktəblilər arasında keçirilən “Öz dünyanı boya” adlı I respublika rəng festivalının Final mərhələsinə həsr edilmiş konsert proqramı keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkili Kamələddin Qafarov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Azərbaycan Rəssamlar İttifaqın Katibi, Xalq Rəssamı Ağaəli İbrahimov , FAB Boya və Kimya Sənayesi MMC- nin Təsisçisi Anar Əliyev , Binəqədi RİH başçısının müavinləri, şöbə müdirləri, rayonun hüquq-mühafizə və icra strukturları, təhsil, məktəbəqədər təhsil, mədəniyyət və səhiyyə müəssisələrinin rəhbərləri, ictimai təşkilatlar, gənclər, rayon ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak etdilər.
İlk öncə bayram tədbiri Bakı Humanitar Kollecin rəqs qrupunun ifasında “Azərbaycan Suitası” ilə başladı.
Daha sonra tanınmış aparıcı Saleh Bağırov tədbiri açıq elan edərək tədbir haqqında geniş məlumat verdi.
Sonra I respublika rəng festivalı ilə bağlı Video Çarx nümayiş edildi.
Video çarxın nümayişindən sonra “15 iyun Milli Qurtuluş Günü” münasibəti ilə məktəblilər arasında keçirilən “Öz dünyanı boya” adlı I respublika rəng festivalının qaliblərinin mükafatlandırılması mərasimi elan olunaraq qaliblər mükafatlandırıldılar.
Mükafatlandırma mərasimində çıxış edənlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Azərbaycan Rəssamlar İttifaqın Katibi, Xalq Rəssamı Ağaəli İbrahimov , FAB Boya və Kimya Sənayesi MMC- nin Təsisçisi Anar Əliyev qalibləri təbrik edərək uğurlar dilədilər.

Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxışında qeyd etmişdir ki, milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur. O cümlədən, natiqlər çıxışlarında bildiriblər ki, Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.
Mükafatlandırma mərasimindən sonra tədbir bədii hissə ilə davam etdi.
Xalq artistləri Mənsum İbrahimov, Gülyaz Məmmədova , Gülyanaq Məmmədova, Elnarə Xəlilova, Əməkdar artistlər Ədalət Şükürov, Səlim Abbasov, Lalə Məmmədova, müğənni Ramal İsrafilovun ifasında mahnılar səslənmiş, Binəqədi rayonu Müslüm Maqomayev adına 26 saylı onbirillik Uşaq Musiqi Məktəbinin "Fantaziya" skripkaçılar qrupu tərəfindən “Odlar Yurdu”, “Azərbaycan” mahnıları ifa edilmiş, Binəqədi rayonu 179 saylı orta məktəbin 2-ci sinif şagirdi Aysun Əsgərova “Bayraqsızlar” şeiri səsləndirmişdir.
Daha sonra Bakı Humanitar Kollecin rəqs qrupu ifasında “Yallı” rəqsi nümayiş edilib.
Tədbirin yekununda Azərbaycanın Xalq artisti Azər Zeynalovun ifasında “Azərbaycan” və “Azərbaycanım” mahnıları səslənmiş, səhnədə Qum üzərində rəsm nümayiş edilmiş və tədbirə atəşfəşanlıq ilə yekun vurulub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info