“Turistlərin sayı ötən ilə nisbətən 24.5 faiz artıb”
Tarix: 13.06.2017 | Saat: 17:55:00 | E-mail | Çapa göndər


Azərbaycan Turizm Şurasının dördüncü iclası keçirilib.
APA-nın məlumatına görə, iclasda çıxış edən Şuranın sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, ölkəyə gələn xarici turistlərin sayının artırılması, onlara göstərilən xidmətlərlə yanaşı, yerli vətəndaşların da ölkə daxilində mənalı istirahətinin təşkili üçün addımlar atılmalıdır: “Buna görə də Milli Turizm Təbliğat Bürosuna ölkə daxilində fəaliyyət göstərən turizm şirkətlərinin təklif etdiyi proqramların cəmləşdirilərək saytlar vasitəsilə təbliğ olunması və yerli vətəndaşların istirahəti üçün xüsusi proqramların hazırlanması tapşırıldı. Azərbaycana gələn turistlərin sayı da ildən-ilə artır. Əgər ötən ilin 5 ayı ərzində ölkəmizə 768 min turist gəlmişdisə, bu il 956 min turist gəlib. Bu da ötən ilə nisbətən 188 min və ya 24,5 faiz artım deməkdir. Qeyd olundu ki, əgər ötən ilin ilk üç ayında xarici turistlər Azərbaycanda 40 milyon 629 min manat bank vasitəsilə ödəmələr etmişdilərsə, bu ilin eyni dövründə məbləğ 91 milyon 134 min manat olub”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info