Pendir alarkən nələri bilmək vacibdir?
Tarix: 25.04.2013 | Saat: 21:26:00 | E-mail | Çapa göndər


Pendir məişətdə gündəlik istifadə etdiyimiz yüksək qidalılıq dəyərinə və pəhriz əhəmiyyətə malik qida məhsullarındandır. Tərkibində zülal, yağ, mineral duzlar, vitaminlər, fermentlər və digər bioloji fəal maddələr vardır. Pendir zülalı və onun parçalanması məhsulları orqanizm tərəfindən 98-99% mənimsənilir. Orqanizm tərəfindən gündəlik tələb olunan heyvan mənşəli zülalların yarıya qədəri pendir zülalının hesabına ödənilə bilər. Pendir həmçinin, fosfor-kalsium duzları ilə zəngin olduğu üçün uşaqların qidalanmasında geniş istifadə olunur.
Pendirlərin istehsal texnologiyaları fərqlidir. Südün qursaq mayası ilə mayalanmasından qursaq mayalı, süd turşusunun qıcqırdıcı bakteriyalarla mayalanmasından süd turşulu pendir alınır. Kimyəvi tərkibinə görə standart pendir istehsalı üçün istifadə olunan südün yağlılığı normalaşdırılır, pendirin keyfiyyətini yaxşılaşdırmaq üçün üzərinə 15-25% miqdarında yetişdirilmiş süd əlavə edilir. Yumşaq pendirlər ikinci dəfə qızdırılmadan hazırlanır. Emal edilmiş südün 100 kq-a 200-300 q. duz qatılmaqla duzlanır. Duzun miqdarının çox olması süd turşusunda qıcqırma prosesini kəskin zəiflədir.
Pendirlər formasından, ölçüsündən və kütləsindən asılı olaraq taxta yeşiklərə, barabanlara, çəlləklərə və tənəkə taralara qablaşdırılır.
Qablaşdırdıqdan sonra pendirlərin üzərinə çeşidindən asılı olaraq müxtəlif qatılıqda duzlu su tökülür və hermetik bağlanır. Ticarət şəbəkəsinə satışa çıxarılan pendirlərin üzərində ştampla onun növü göstərilir. Satışa çıxarılan pendirlərə zərərsiz boyalarla müəyyən qayda üzrə istehsalat markası vurulur. Bir sıra pendirlərinin markalanması onların büküldüyü kağıza yazılmaqla aparılır. Markanın forması pendirin yağlılığından asılıdır. Yağlılığı 50% olan pendirlər kvadrat, 45% yağlılığı olan pendirlərə isə səkkizbucaqlı formada marka vurulur.
Pendir qablaşdırılan çəllək, tənəkə taraların üst qapağında yuyulmayan boyaqla markalanma aparılır. Burada istehsalçının adı və ünvanı, məhsulun əmtəə nişanı, istehsal tarixi, yağlılığı, xalis çəkisi, taranın kütləsi və s. qeyd edilir.
Ticarət şəbəkəsində duzlu pendirlər çəlləklərdə 6-8?C temperaturda və 80-85% nisbi rütubətdə saxlanılmalı və hər 10-15 gündən bir çəlləklər çevrilməlidir.
Saxlama zamanı duzlu pendirlərdə bir çox proseslər baş verir. Bu zaman pendirin tərkibində olan şəkərin miqdarı azalıb tamamilə yox olur, turşuluq əvvəlcə artır, 30 gündən sonra isə tədricən azalır. Bir sıra pendir növləri üçün saxlama müddəti istehsalçılar tərəfindən müəyyən edilir. Ümumiyyətlə pendirləri istehsal olunduğu tarixdən etibarən 2-3 ay müddətində saxlamaq mümkündür. Lakin nəzərə almaq lazımdır ki, bu müddət duzlu suda yetişən pendirlər üçün son həddir. Bundan sonra pendirin həddindən artıq şor dada düşməsi və həll olan maddələrinin yuyulması nəticəsində onun keyfiyyətinin itməsi baş verir. Mağazada soyuducu olmayan şəraitdə isə bütün pendirləri 5-10 gün, soyuducu olduqda və ilin qış fəslində bərk qursaq mayalı və duzlu suda saxlanan pendirləri 15 gün, qəlyanaltı pendirləri 5 gün, ev pendirini 1,5 gün saxlamaq olar. Ev şəraitində isə pendir otaq temperaturunda saxlanmalıdır.
Pendir müvafiq dad və qoxuya malik olmalı, konsistensiyası və rəngi həmin növ üçün xarakterik olmalıdır.
Pendirin keyfiyyətini müəyyən etmək üçün onun bir parçasını kəsib 90? temperaturda saxlamaq kifayətdir. Əgər o dağılmayıbsa demək məhsul bütün tələblərə cavab verir. Qabığının partlaması, kiflə örtülməsi, iylənməsi, acılaşması pendirlərin aşkar keyfiyyətsizlik əlamətləridir və bu cür məhsulların satışı qadağandır.
Saxlama zamanı pendirin keyfiyyətinin korlanması onun üzərində kif göbələyinin əmələ gəlməsi nəticəsində baş verir və bu kimi məhsulların istehlakı sağlamlığınız üçün təhlükədir. İstehlakçı olaraq hər kəs bu məhsulları alarkən qeyd olunan əlamətlərə fikir verməlidir.
Təqdim etdi: İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info