“Sərhədlərimizdə təhlükəsizlik tədbirləri gücləndiriləcək”
Tarix: 13.06.2017 | Saat: 19:51:00 | E-mail | Çapa göndər


“İŞİD terror qruplaşmasının üzvlərinin çoxu ötən günlər ərzində həbs olunub”.
Bunu APA-ya açıqlamasında İran parlamentinin üzvü Şahbaz Həsənpur deyib. O bildirib ki, təhlükəsizlik tədbirləri nəticəsində terrorçuların çoxu yaxalanıb: “Parlamentdə baş vermiş son terror olayı ilə bağlı təhlükəsizlik naziri, SEPAH-ın komandir müavini və daxili işlər naziri ilə ətraflı müzakirələrimiz olub. Düşünürük ki, sərhədlərimizdə təhlükəsizlik tədbirləri gücləndirilməldir”.
Ş. Həsənpur qeyd edib ki, terrorçular hadisəni törətdikləri gün parlamentə əhalinin daxil olduğu qapıdan giriblər: “Biz əhalinin parlamentə gəlməsi və problemlərini millət vəkillərinə çatdırması üçün qapıları açıq qoymuşuq. Terrorçular bundan sui-istifadə etdilər”.
Deputatın sözlərinə görə, ötən 4 il ərzində İŞİD həmişə İranda terror həyata keçirmək istəyib: “Lakin İran təhlükələr qarşısında imtahandan çıxıb və uğur qazanıb. İŞİD məsələsində bizim narahatlığımız bəzilərinin aldanaraq onların toruna düşməsi ilə bağlıdır. Lazımi tədbirlər görülür. Biz xalqımız üçün üç amilin baş tutmasını istəyirik: təhlükəsizlik, sağlamlıq və rifah. Təhlükəsizlik problemi yaranarsa, xalqın rifahı da problemə çevrilər. İran geniş su və quru sərhədlərinə malik olan, 80 milyon əhaliyə malik bir ölkədir. Bu kimi hadisələrin olması gözləniləndir və bunlara qarşı daha diqqətli olunmasının zəruriliyi qəbul edirik”.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir
17.01.2019
Xaricdəki soydaşlarımız 20 Yanvar şəhidlərinin ildönümünü qeyd edirlər
17.01.2019
Dünyada robotlar işlədən ilk hotel onlardan imtina edir
17.01.2019
Şahmat ömrü uzadır
17.01.2019
Tereza Mey Böyük Britaniyanın baş naziri postunu qoruyub saxlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info