Badamdar qəsəbəsində sakinlərlə görüş keçirilib
Tarix: 13.06.2017 | Saat: 20:14:00 | E-mail | Çapa göndər


Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə rayonda keçirilən «Əhali ilə aktiv görüşlər aylığı» davam edir. Aylıq çərçivəsindəki növbəti görüş rayonun günbəgün böyüyüb inkişaf edən Badamdar qəsəbəsində baş tutub. Rayon rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının, təsərrüfat və digər xidmətlərin rəhbərlərinin, idarə və təşkilatların, təhsil və səhiyyə müəssisələrinin, gənclərin və ictimaiyyət nümayəndələrinin, qəsəbə ağsaqqalları və din xadimlərinin iştirakı ilə 236 saylı orta məktəbdə ənənəvi olaraq açıq mikrofon formatında keçirilən görüşü Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov açaraq, görüşün əsas məqsədinin Prezildent İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkədə həyata keçirilən irimiqyaslı quruculuq-abadlıq işləri, əldə olunan nailiyyətlər, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilən tədbirlər, Azərbaycanın beynəlxalq aləmdə daha da tanınması və təbliği ilə bağlı görülən işlər və ölkədə keçirilən beynəlxalq tədbir və idman yarışları barədə əhaliyə ətraflı məlumat vermək və həmçinin qəsəbə sakinlərinin müraciətlərinin dinlənilməsi, istək və təkliflərinin yaxından öyrənilməsi olduğunu bildirib, eyni zamanda ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da Azərbaycanın inkişafı və dünyada tanınmasındakı rolundan danışılıb.
Eldar Əzizov Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən rayonda və o cümlədən Badamdar qəsəbəsində görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verib, qeyd edib ki, çox böyük bir xoşbəxtlikdir ki, bu gün ölkəmizin başında ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev durub və bu gün İlham Əliyev həqiqətən ən yeni tarixin parlaq şəxsiyyətidir.
Tədbirdə çıxış edən Badamdar qəsəbə nümayəndəsi Zaur Əliyev, qəsəbə sakinləri - Baba Bayramov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi, «Cümə məscidi» dini icmasının sədri, axund hacı Surxay Məmmədli, IV İslam Həmrəyliyi Oyunlarının qalibi Rüfət Gülalıyev və başqaları son illərdə ölkə başçısının rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində əldə olunan sosial-iqtisadi inkişafdan, mövcud sabitlik və əmin-amanlıqdan, bunun nəticəsi kimi ölkəyə gələn turistlərin sayının artmasından, əhalinin sosial vəziyyətinin yüksəldilməsinə və ölkəmizin inkişafına yönəldilən tədbirlərdən, respublikada keçirilən beynəlxalq miqyaslı tədbir və idman yarışlarından danışıblar.
Görüşdə 30-a yaxın sakinin zalda quraşdırılmış mikrofonlar vasitəsi ilə təbii qaz, içməli su təchizatı, yolların vəziyyəti, məşğulluq, məktəbəqədər təhsil müəssisələri, qəsəbədə fərdi və çoxmərtəbəli evlərin tikintisi, sosial müdafiə, «Abad məhəllə» layihəsinin davam etdirilməsi və s. məsələlərlə bağlı verdikləri sualları dinlənilmiş, sualları ətraflı cavablandıran icra başçısı əhalinin problemlərinin həlli və sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayaraq geniş müzakirələr aparıb. Qeyd olunub ki, yerlərdə keçirilən bu cür görüşlər əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə imkan verir.
Sakinlər də öz növbəsində rayon ərazisində gedən genişmiqyaslı abadlıq və quruculuq işlərinə, ölkədə yaradılan sabitlik və inkişafa görə ölkə rəhbərinə öz təşəkkürlərini bildiriblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info