BANM-in müəllimi: “Bizim tələbələrimiz dünyanın ən nüfuzlu universitetlərinin tələbələri ilə rəqabət apara bilərlər”
Tarix: 13.06.2017 | Saat: 20:14:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin “Mən BANM-in müəllimiyəm” adlı layihəsi davam edir. Beləliklə, suallarımızı BANM-in Neft-qaz mühəndisliyi kafedrasının baş müəllimi Farad Kamyabi cavablandırır.
- Ənənəvi olaraq ilk sualımız: Siz niyə məhz müəllim peşəsini seçmisiniz?
– Mən həmişə öyrənməyi və öyrətməyi sevmişəm. Təhsilimin ilk semestrindən başlayaraq müxtəlif fənlərdən - orta məktəbdə riyaziyyatdan tutmuş universitetdə hidromexanika və perspektiv layihələndirmə üzrə məşğələlər aparmışam. Tələbələrin sualları özümün də öyrənməyimə vasitə olub. Başqa bir səbəb isə mənim arzum ən yaxşı universitetlərin birinin əməkdaşı olub orada öz yaradıcılığımı göstərmək və həm elmi, həm də idarəçilik sahəsində daha səmərəli olmağı öyrənməkdir.
- Bir az özünüz haqqında danışın.
– Mən 2008-ci ildə İranın Əhvaz şəhərindəki Neft Texnologiyaları Universitetinin “Lay mühəndisliyi” ixtisasına daxil olmuşam. Hələ Universitetdə olarkən anladım ki, məni daha çox “”Modelləşdirmə” və “Neftçıxarmanın artırılması üsulları” fənləri maraqlandırır. 2012-ci ildə öz sahəm üzrə Norveç Elm və Texnologiya Universitetinin magistratura səviyyəsinə daxil oldum. Təhsilim müddətində bu sahə üzrə daha dərin biliklərə yiyələnə bilmək üçün proqram təminatının modelləşdirilməsi üzrə şirkətlə əməkdaşlıq etdim. 2015-ci ilin martından BANM-də çalışıram.
- Hər bir tələbənin öz sevimli müəllimi olur. Tələbəlik dövrünüzdəki sevimli müəlliminiz haqqında danışın.
– Mənə çox savadlı professorlar dərs deyib. Mənim sevimli müəllimlərim problemin mahiyyətini önə çəkən və tələbələrin ən mübahisəli ideyalarını dinləyən və müzakirə edənlər idi. Auditoriyanı məhz belə müzakirələr canlı və maraqlı edirdi.
- Tələbələrinizdən danışın. Onların gələcəyini necə görürsünüz?
– BANM-də yüksək motivasiyalı, enerjili və öyrənməyə həvəsli tələbələr kifayət qədərdir. Onlar yaxşı oxuyur və qarşılarına qoyulmuş məqsədlərə nail olmağa çalışırlar. Onlara yüksək səviyyəli təhsil verilir lakin, təəssüf ki, üzdən öyrənmək bəzi tələbələr üçün adət halını alıb. Mən inanıram ki, bizim tələbələrimiz BANM-də aldıqları təhsil vasitəsilə dünyanın ən nüfuzlu universitetlərinin tələbələri ilə rəqabət apara bilərlər.
- Bakı Ali Neft Məktəbini 10 il sonra necə təsəvvür edirsiniz?
-BANM bir ali təhsil müəssisəsi kimi hələ gənc olsa da, inkişaf tempinə görə Azərbaycanda ən yüksək olmağa iddialıdır. Hesab edirəm ki, ali təhsil müəssisələrinin yeni inkişaf mərhələsinə keçməsinin vaxtıdır, praktik sahələrdə əlaqələri gücləndirməli, elmi tədqiqatların aparılmasını çoxaltmanı və BANM-ə istedadlı və intellektual gənclərin cəlb edilməsinə çalışmalıyıq. Bu, ali məktəbimizin parlaq gələcəyinin qarantıdır.


- Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?
– Mən dağlara qalxmaq həvəskarıyam və bu məşğuliyyətim üçün həmişə təbiətdə mənzərələri və gözəl yerlər tapmağa çalışıram. Buna görə də boş vaxtlarımı təbiətdə keçirməyə üstünlük verirəm. Daha bir məşğuliyyətim isə yeni dillər öyrənməkdir.
- Bakı Ali Neft Məktəbinin ilk məzunlarına nə arzu edərdiniz?
- Hər şeydən əvvəl öz peşələrinin əhəmiyyətini və məsuliyyətini dərk etsinlər. Təhsil müddətində hər dəqiqədən yararlanaraq biliklərini dərinləşdirsinlər. Məsuliyyətli olmağı, biznes etikasına əməl etməyi, qaydalar və prosedurlarla işləməyi öyrənsinlər. Mən də öz növbəmdə, tələbələrimizə təhsil və karyeralarında böyük nailiyyətlər arzu edirəm.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info