Şura “Elm haqqında” qanun layihəsinin ictimai müzakirəsini keçirdi
Tarix: 25.04.2013 | Saat: 21:28:00 | E-mail | Çapa göndər


Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında toplaşmış, elm sahəsində fəaliyyət göstərən 27 QHT rəhbərinin iştirakı ilə “Elm haqqında” qanunun layihəsi müzakirə edildi.
Toplantını açan şura sədri Azay Quliyev ölkə üçün mühüm əhəmiyyət kəsb edən bu qanun layihəsinin Milli Məclisin plenar iclasına çıxarılmazdan öncə QHT-lərin müzakirəsinə verilməsini müsbət praktika kimi dəyərləndirərək təşkilat rəhbərlərindən ciddi rəy və təkliflər gözlədiyini bildirdi. Müzakirələrdə çıxış edən QHT rəhbərləri Rəna Mirzəzadə, İlqar Orucov, Məhərrəm Zülfüqarlı, Adil Əsədov, Ruslan Atakişiyev, Etibar Əliyev, İbrahim Əliyev, Yusif Ağayev, Əhməd Qəşəmoğlu, Niyazi Həsənov, Hüseyn İbrahimov, Teymur Muradov, eləcə də Sahib Məmmədov, Şahin Rəcəb, Vüsalə Hüseynli və başqaları qanun layihəsilə bağlı öz fikir və təkliflərini səsləndirdilər.
Müzakirələr çox geniş diskussiyaya səbəb olduğundan bütün təklif və düzəlişlərin ümumiləşdirilməsi və bir daha müzakirədən keçirilməsi üçün 7 nəfərdən ibarət redaksiya komissiyasının yaradılması qərara alındı. Ümumi razılıq əsasında komissiyaya aşağıdakı QHT rəhbərləri daxil edildi: 1.Etibar Əliyev, XXI Əsr Təhsil Mərkəzi İctimai Birliyinin sədri (komissiyanın əlaqələndiricisi) 2. İlqar Orucov, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, 3. Əhməd Məmmədov, “Sağlam Həyat Mədəniyyəti” İctimai Birliyinin sədri, 4. Ruslan Atakişiyev, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri, 5. Mayis Əliyev, Sosial Hüquqların Araşdırılması İctimai Birliyinin sədri, 6. Hüseyn İbrahimov, Sosial-Mədəni Dəyişiklərin Öyrənilməsi ictimai Birliyinin sədri, 7. Adil Əsədov, Fəlsəfi Maarifçilik Assosiasiyası İctimai Birliyinin sədri.
Qanun layihəsinə rəy və təklifləri bir həftə ərzində toplayıb ümumiləşdirmək və şura rəhbərliyinə təqdim etmək komissiyaya tövsiyə edildi.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info