“Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı olub
Tarix: 13.06.2017 | Saat: 22:21:00 | E-mail | Çapa göndər


Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə "Heydər Əliyev və Gürcüstan” kitabının təqdimat mərasimi keçirilib.
 
APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib ki, kitab Heydər Əliyevin Gürcüstana ilk səfərindən sonra iki ölkə arasında yaranan əlaqələrdən bəhs edir. O bildirib ki, gürcü və Azərbaycan dillərində nəşr olunan kitabın müəllifi Azərbaycan Dövlət Televiziyasının Gürcüstandakı müxbiri Şahismayıl Şəmmədoğludur: “Biz qonşu xalqlarıq və ortaq adət-ənənələrimiz var. Bütün bunlar ölkələrimiz arasındakı əlaqələri daha da möhkəmləndirir. Tədbirin Milli Qurtuluş Gününə həsr olunması da təsadüf deyil. Çünki Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Gürcüstan-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyub. Kitabda Heydər Əliyevin Gürcüstandakı görüşləri ilə yanaşı, ona bu ölkənin ictimai-siyasi xadimlərinin verdiyi böyük qiymət də öz əksini tapıb”.
 
Millət vəkili Hikmət Babaoğlu qeyd edib ki, kitabda Gürcüstanda yaşayan azərbaycanlılar haqqında geniş məlumat verilib: “İki ölkə arasındakı münasibətləri səciyyəvi edən əsas məsələ soydaşlarımızın orada yaşamasıdır. Gürcüstanla əlaqələrə diqqət yetirsək, görəcəyik ki, bu əlaqələr məhz 1994-cü il Heydər Əliyevin Gürcüstana səfəri ilə bağlıdır. Bu səfər böyük tarixi əhəmiyyətə malikdir və bununla Gürcüstan-Azərbaycan dostluğu daha da möhkəmlənib".
 
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, professor Cahangir Məmmədli qeyd edib ki, Heydər Əliyev Azərbaycan-Gürcüstan münasibətlərini yüksək səviyyəyə qaldırıb: “Sovet dövründən Heydər Əliyev Gürcüstanla münasibətlərə çox önəm verib. Hesab edirəm ki, Heydər Əliyev nəinki bizim, eyni zamanda Gürcüstan azərbaycanlılarının da ümummilli lideridir".
 
Millət vəkili Flora Qasımova isə çıxışında bildirib ki, H. Əliyevin iki ölkə arasında dostluq münasibətlərinin təşəkkül tapmasında və Azərbaycanın xarici siyasətinin formalaşmasında, yaxın qonşularla əlaqələrin inkişafındakı xidmətini unutmaq olmaz: “Ümumiyyətlə, Azərbaycanın Gürcüstanla tarixi əlaqələri var və bizim aramızda hər hansı problem yaşanmayıb. Düzdür, əvvəllər Gürcüstanda yaşayan azərbaycanlıların vəziyyəti yaxşı deyildi. Ancaq ulu öndər hakimiyyətə gəldikdən sonra soydaşlarımızın problemləri həllini tapdı. Mən ümid edirəm ki, iki ölkə arasında dostluq münasibətləri bundan sonra da möhkəmlənəcək”.
 
Sonda çıxış edən kitabın müəllifi Şahismayıl Səmədoğlu H. Əliyevin Gürcüstan səfərlərində yaşanan hadisələri qələmə aldığını vurğulayıb. Onun sözlərinə görə, H. Əliyev 1993-cü ildə hakimiyyətə gələndə Gürcüstanda yaşayan azərbaycanlılar çox sevinib: “Çünki onlar bilirdilər ki, bununla problemləri öz həllini tapacaq. Təsadüfi deyil ki, birbaşa Heydər Əliyevin tapşırığı ilə soydaşlarımızın sosial, iqtisadi problemləri aradan qaldırıldı. Xüsusilə, təhsil sahəsində mühüm addımlar atıldı. Orada azərbaycanlılar yaşayan ərazilərdəki məktəblər təmir olundu. Düşünürəm ki, Heydər Əliyev haqqında çox kitablar yazılmalıdır. Gürcülər Heydər Əliyevə bir qəhrəman kimi baxırlar”.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info