Avropa Komissiyası Polşa, Macarıstan və Çexiyaya qarşı məcburi prosedura başlayır
Tarix: 14.06.2017 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


Avropa Komissiyası dövlətlərin istəyindən asılı olmayaraq özü miqrantları həmin dövlətlərin ərazisində məcburi yerləşdirəcək

Polşadan sərt etiraz: “Avropa Komissiyası başa düşmür ki, üzv dövlətləri belə tipli qərarları yerinə yetirməyə məcbur edə bilməz. Ona görə də biz Avropa institutunun belə bir qərarı həyata keçirməsinə imkan verə bilmərik”
Polşa bəyan edib ki, Avropa Komissiyasının qaçqınları Avropa İttifaqına üzv olan dövlətlərin ərazisində yerləşdirmək istəyinə icazə verməyəcək. Belə bir açıqlamanı Polşanın xarici işlər naziri Vitold Vaşikovskiy televiziyanın canlı efirində səsləndirib. Məsələ ondadır ki, Avropa Komissiyası miqrantları əvvəlcədən müəyyən edilmiş kvotalara uyğun olaraq Avropa İttifaqına üzv olan dövlətlərin ərazisində yerləşdirməklə bağlı prosedura başlayır. Yəni, Avropa Komissiyası həmin dövlətlərin istəyindən asılı olmayaraq özü miqrantları həmin dövlətlərin ərazisində yerləşdirəcək. Avropa Komissiyası ilk olaraq bu proseduru Polşa, Macarıstan və Çexiyaya qarşı həyata keçirərək, həmin dövlətlərin əvəzinə miqrantları yerləşdirməklə məşğul olacaq. Həmin bu üç dövlət miqrant qəbulundan imtina ediblər. Polşa xarici işlər naziri bu qərara sərt reaksiya verib: “Avropa Komissiyasının bu qərarı göstərir ki, komissiya hələ də öz əmək bazarını, təhlükəsizliyini qorumaq hüquq olan üzv-dövlətlər anlayışını başa düşməyib. Avropa Komissiyası başa düşmür ki, üzv dövlətləri belə tipli qərarları yerinə yetirməyə məcbur edə bilməz. Miqrasiya sahsəində qərarı ancaq üzv dövlət özü verməlidir. Bu məsələ həmin dövlətin əmək bazarı, demoqrafik göstəricilərindən çox asılıdır. Heç bir beynəlxalq təşkilat hansısa dövləti və yaxud üzvünü belə qərarları məcburi şəkildə yerinə yetirməyə məcbur edə bilməz. Bu məsələ ilə bağlı qərarı beynəlxalq institut yox, dövlət özü verməlidir. Ona görə də biz Avropa institutunun belə bir qərarı həyata keçirməsinə imkan verə bilmərik”. Xatırladaq ki, Polşa Avropa İttifaqını miqrant siyasətinə etiraz edən və onun üçün müəyyən edilmiş miqrant kvotasından imtina edən ilk dövlətlərdən biridir. Polşanın baş naziri Beata Şidlo bildirib ki, bu, Varşavanın rəsmi mövqeyidir. Polşa rəsmi olaraq bəyan edib ki, miqrantların Avropa İttifaqına üzv olan dövlətlər ərazisində məcburi yerləşdirilməsi ilə bağlı Avropa Komissiyasının qərarını qəbul etmirlər. Rəsmi Varşava ancaq könüllü şəkildə bu ölkənin ərazisində yaşamaq istəyən miqrantlara yardım edə bilər. Avropa İttifaqının daxili məsələlər üzrə komissarı Dimitris Avrampulos bəyan edib ki, kvotaya əməl edilməsə, iyun ayı ərzində Polşa və Çexiyaya sanksiya tətbiq ediləcək. Bu ay ərzində Polşa və Çexiya İtaliya və Yunanıstan olan miqrantların bəzisini öz ərazilərində yerlişdirməlidir. 2015-ci ildə qəbul edilən qərara əsasən Avropa İttifaqına üzv olan 28 dövlətdən 23-ü 40 min sığınacaq axtarandan əlavə ittifaqın ərazisində olan 120 min miqrantı kvotalara uyğun olaraq öz ərazilərində məskunlaşdırmalıdır.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal
20.09.2018
Şinzo Abe yenidən Yaponiyanın hakim Liberal Demokratik Partiyasının sədri seçilib
20.09.2018
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info