Çində qasırğaya görə 100 min nəfər təxliyə edilib
Tarix: 14.06.2017 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


Merbok qasırğasının Çinin cənub sahillərinə yaxınlaşması nəticəsində hava şəraiti ilə əlaqədar 100 min nəfər təxliyə edilib. Bir sutka ərzində Şencen şəhərində 219 millimetr yağıntı qeydə alınıb. Dənizdəki küləkli hava şəraiti ilə əlaqədar 2 mindən çox balıqçı qayığı sahilə qayıtmağa məcbur olub. Şencen və Quancou aeroportlarından 200-dən çox uçuş təxirə salınıb. Vilayətdə şəhərlərarası dəmir yolu və avtobus reyslərində də fasilələr yaranıb, yollarda sürət həddi aşağı salınıb. Hazırda şəhərdə və ətraf bölgədə şiddətli yağışlar davam edir. Müvafiq qurumlar gücləndirilmiş iş rejimində çalışır. Çin Milli Meteorologiya Mərkəzi ötən gün Cənubi Çin dənizi üzərindən maksimum 65 kilometr/saat sürətlə Quandun vilayətinin sahillərinə yaxınlaşan Merbok qasırğası ilə əlaqədar xəbərdarlıq elan etmişdi. Bu, cari ildə Çində qeydə alınan ikinci qasırğadır. Banqladeşdə leysan yağışları və torpaq sürüşmələri nəticəsində həlak olanların sayı 57 nəfərədək artıb. “France Presse” agentliyinin yaydığı məlumata görə, Banqladeşin şərq hissəsi güclü leysan yağışlarının təsirinə məruz qalıb. Təbii fəlakətdən ən çox Ranqamati və Bandarban əyalətləri zərər çəkib. Bu rayonlarda telefon əlaqəsi kəsilib, nəqliyyatın hərəkəti pozulub. Polisin məlumatına əsasən, Ranqamati dairəsində torpaq sürüşməsi yaşayış binasında 35 nəfərin həyatına son qoyub. Daha 6 nəfər, o cümlədən 3 uşaq Bandarbanda, 16 nəfər isə Çittaqonq şəhəri rayonunda həlak olub. Ölənlərin sayının artacağı istisna olunmur. Xatırladaq ki, Banqladeşdə musson yağışlar mövsümü iyundan sentyabradək davam edir.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info