Makedoniya NATO-ya hansı adla daxil olacaq?
Tarix: 14.06.2017 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


Rəsmi Skopye ölkənin Yunanıstanın istədiyi kimi, Keçmiş Yuqoslaviya Respublikası Makedoniya adı ilə NATO-ya daxil olmasına razıdır
Bu gün Yunanıstana rəsmi səfər edəcək Makedoniyanın yeni xarici işlər naziri Nikola Dimitrov ölkəsinin tezliklə NATO-ya qəbul ediləcəyi barədə məlumat verib. Onun Afina səfəri Yunanıstanla bu ölkənin adı ilə bağlı problemdə çözüm tapmaq yolunda konstruktiv danışıqlara yol aça bilər.
Məsələ bundadır ki, Yunanıstan qonşu ölkənin - rəsmən keçmiş Yuqoslaviya Respublikası Makedoniya adlanan dövlətin, sadəcə, Makedoniya adı altında NATO və Avropa Birliyinə daxil olmasına qarşıdır. Ona görə də Afina Makedoniyanın NATO-ya daxil olmasını bloklayır. Afina tələb edir ki, bu dövlət adını dəyişsin, çünki Yunanıstanda Makedoniya adlı vilayət var. Bu isə qarışıqlığa səbəb olmaqla yanaşı, gələcəkdə ərazi iddiasına da səbəb ola bilər. Afina tələb edir ki, Birləşmiş Millətlər Təşkilatına da Keçmiş Yuqoslaviya Respublikası Makedoniya adı ilə daxil olan Makedoniya elə bu adla da NATO və Avropa Birliyinə üzv olsun. “Adla bağlı münaqişə uzun illər davam edə bilər. Əslində, problem ikitərəflidir. Məsələnin həll edilməməsi regional sabitliyi təhlükə altında qoya bilər. Makedoniya Respublikası uzun illərdir ki, Haaqa və Beynəlxalq Ədalət Məhkəməsinin qərarına zidd olaraq, NATO və Avropa Birliyinin “gözləmə otağı”nda cəzalı kimi dayandırılıb. Bu da, öz növbəsində, ölkədə demokratik böhran üçün yol açmış oldu”- deyə Dimitrov “Vima” nəşrinə verdiyi açıqlamada bildirib. Onun sözlərinə görə, baş nazir Zoran Zaevin başçılıq etdiyi yeni islahatçı hökumət artıq böhranı aradan qaldırmaq niyyətindədir. Xatırladaq ki, makedoniyalı nazirin Afina səfərindən əvvəl baş nazir Zoran Zaev AB və NATO-nun yüksək səviyyəli rəsmiləri ilə danışıqlar aparmaq üçün Brüsselə getmişdi. Dmitrovu vasitəçi kimi ən yaxşı mütəxəssislərdən biri sayan “Vima” nazirə istinadən yazır ki, bu məsələdə Skopyenin də səhvləri olub: “Yunanıstan Respublikasına sual vermək lazımdır ki, siz, nə cür qonşu arzasundasınız? Makedoniya Respublikası rəhbərliyinə də sual ünvanlamaq olar- biz necə qonşu olmaq istəyirik?
Makedoniyanın tezliklə NATO-ya qəbul edilməsi, Yunanıstan kimi qonşu dövlət üçün də yaxşı perspektivlər aça bilər. Mən, ölkəmin tezliklə Avropa Birliyinə qoşulması ilə bağlı danışıqlara başlayacağına əminəm”. Bu arada Makedoniyanın baş naziri Zoran Zaev bildirib ki, ölkəsi, Yunanıstanın istədiyi kimi, Keçmiş Yuqoslaviya Respublikası Makedoniya adı ilə NATO-ya daxil olmağa hazırdır: “Hazırda məsələnin həlli üçün iki yol mövcuddur: ya problem həlli edliməli, ya da müvəqqəti ad altında NATO-ya üzv olmaqla Yunanıstanla danışıqları davam etdirmək. Artıq onlar da bizim Avropa Birliyinə necə can atdığımızı başa düşməyə başlayıblar”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info