“Rusiya NATO-nun bütün hərəkətlərinə adekvat cavab verəcək”
Tarix: 14.06.2017 | Saat: 15:28:00 | E-mail | Çapa göndər


“Rusiya strateji balansın qorunması məqsədi ilə NATO-nun hərəkətlərinə adekvat cavab verəcək və bunun üçün effektivliyə zərər vurmadan daha az vəsait sərf etmək niyyətindədir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin amerikalı rejissor Oliver Stouna müsahibəsində deyib.
“Rusiya üçün burada iki təhlükə mövcuddur. Birincisi – həmin antiraketlərin Şərqi Avropa ölkələrində, sərhədlərimizin birbaşa yaxınlığında yerləşdirilməsi. İkincisi – antiraket buraxıcı qurğuları bir neçə saata hücum raketlərinin buraxıcı qurğusuna çevirmək mümkündür. Şərqi Avropa, suda, Aralıq və şimal dənizlərində, gəmilərdə, hətta Alyaskada da quraşdırırlar”, deyə Putin qeyd edib.
Onun sözlərinə görə, Rusiya demək olar ki, raketdən müdafiə sistemləri ilə mühasirəyə alınıb.
“Əslində, bu tərəfdaşlarımızın növbəti kobud strateji səhvidir, çünki bütün bu hərəkətlərə Rusiya adekvat cavab verəcək və bu növbəti silah yarışmasına səbəb olacaq. Amma bizim cavab addımımız xeyli ucuz başa gələcək. Buna baxmayaraq texnikalarımız çox effektiv olacaq. Və biz strateji balansı qoruyub saxlayacağıq. Balans çox mühüm bir şeydir”, - deyə Putin qeyd edib.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
“Rusiya hərbi bazasının bütün xərcləri Ermənistan dövlətinin büdcəsindən ayrılır”
16.01.2019
Lavrov: Rusiya növbəti Rusiya-İran-Azərbaycan sammitini hazırlayır
16.01.2019
Ermənistanda sığorta agentləri və vergi ödəyiciləri etiraz edirlər
16.01.2019
Erməni deputat: Paşinyan Qarabağla bağlı danışıqları qondarma rejimin deyil, yalnız Ermənistanın mövqeyindən aparacaq
15.01.2019
Ermənistan parlamentindəki deputatarın əksəriyyəti bilik və təcrübəyə malik deyillər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info