Azərbaycan səfiri etimadnaməsini Çili Prezidentinə təqdim edib
Tarix: 14.06.2017 | Saat: 16:51:00 | E-mail | Çapa göndər


Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov etimadnaməsini Çili Respublikasının Prezidenti Mişel Baçeletə təqdim edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə səfir R.Aslanov Prezident İlham Əliyevin salamlarını Çili dövlətinin başçısına çatdırdı. Xanım Mişel Baçelet onun da salamlarının və ən xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş etdi.
Səfir R.Aslanov Prezident Mişel Baçeletə Azərbaycan haqqında ətraflı məlumat verdi. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrindən bəhs edərək Çilinin Avrasiya ilə ticarət əlaqələrində Azərbaycanın mühüm rol oynaya biləcəyini bildirdi. Görüşdə, həmçinin Azərbaycan ilə Çili arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
Prezident Mişel Baçelet səfir R.Aslanova diplomatik fəaliyyətində uğurlar arzu etdi.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Avropa azərbaycanlıları Brüsseldə izdihamlı Qarabağ mitinqi keçirib
22.02.2019
Müxalifət kütləvi aksiyaları idarə edə bilmir
22.02.2019
Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
21.02.2019
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21.02.2019
Müxalifət mitinqlərlə bağlı məsuliyyətdən niyə qaçır?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 1400 manat maaşla sürücü axtarılır
5 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info