Əli Əhmədov: “İqtisadiyyatımız yeni mərhələyə keçəcək, yeni imkanlar əldə edəcək“
Tarix: 14.06.2017 | Saat: 16:55:00 | E-mail | Çapa göndər


"Heydər Əliyevin möhtəşəm qayıdışı, Milli Qurtuluş baş tutmasaydı, indi tamam fərqli Azərbaycanda yaşayırdıq. O Azərbaycan bu gün fəxr duyduğumuz Azərbaycandan fərqli olacaqdı". Bunu bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə 15 iyun-Milli Qurtuluş Günü münasibəti ilə "Azərbaycan dünyaya günəş kimi doğacaq" adlı tədbirdə baş nazirin müavini, YAP icraçı katibi əli Əhmədov söyləyib.
Ə. Əhmədov deyib ki, ötən əsrin 90-cı illərində Azərbaycanda böhran hər bir insanın həyatını cəhənnəmə döndərib: "Bütün bunlar insanları narahat edirdi, gələcəklə bağlı qaranlıq təsəvvür var idi. İnsanlar Azərbaycanın, ailəsinin gələcəyini qaranlıq görürdülər. Bütün bunlar Heydər Əliyevin Azərbaycana dönüşünün zəruriliyini reallığa çevirmişdi. Heydər Əliyevin dönüşü ilə Azərbaycanda insanları narahat edən problemlər onun müdrikliyi, dövlət xadimi kimi uzaqgörənliyi ilə tədricən aradan qaldırıldı. Təsadüfi deyil km, müasir Azərbaycanın banisi Heydər Əliyev sayılır. İqtisadiyyatımız inkişaf etməyə başladı, uğurlu neft strategiyası həyata keçirildi".
Baş nazirin müavini bildirib ki, o dövrdə Dağlıq Qarabağ münaqişəsinin ağırlıqlarının aradan qaldırılması istiqamətində işlər görülüb: "Erməni hərbi birləşmələrinin torpaqlarımızı işğalı dayandırıldı. Eyni zamanda iqtisadiyyatımızın inkişafı üçün fundamental əsaslar yarandı. Milli Qurtuluş bu gün də davam etməkdədir. Azərbaycanın bugünkü inkişafı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət də Milli Qurtuluşun davamıdır, ondan ilhamlanır".
Ə. Əhmədov qeyd edib ki, Azərbaycan XX əsrin sonlarında müstəqilliyini əldə etmiş ən uğurlu dövlətlərdən biri kimi qiymətləndirilməlidir və qiymətləndirilir: "Azərbaycanın inkişafı möcüzə kimi qiymətləndiriləcək bir inkişafa nail olub. Azərbaycan iqtisadiyyatı 3,5 dəfə artıb. İl ərzində iqtisadiyyatlarını 3-5 faiz artıran dövlətlər bundan qürur duyurlar. Azərbaycan 12-13 il ərzində iqtisadiyyatını 300-350 faiz artırıb".
Baş nazirin müavini nəzərə çatdırıb ki, pensiyalar 12-13 il ərzində 250 faiz artıb: "Bu gün pensiyaların daha da artırılması istənilə bilər və bu, təbiidir. Ancaq əldə edilən uğurlar da göz qabağındadır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında yeni iqtisadi transformasiya yaşanmaqdadır. Milli Qurtuluş məfkurəsi inkişafı şərtləndirir. Azərbaycan indi tükənən iqtisadi resurs strategiyasından tükənməyən iqtisadi resurslar strategiyasına, yeni iqtisadi inkişaf strategiyasına keçib. Azərbaycan iqtisadiyyatı yeni mərhələyə keçəcək, insanların rifahının daha yüksək səviyyəyə qaldırılması üçün yeni imkanlar əldə edilmiş olacaq. Qurtuluş məfkurəsi öz möcüzəsini ikinci və daha sonrakı mərhələlərdə göstərmək gücündə ola bir enerjidir".

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
Azərbaycan Avrasiya məkanında Çinin əsas tərəfdaşlarından biridir
23.05.2019
Müdafiə Nazirliyi: Armen Qriqoryanın səsləndirdiyi sərsəm fikirlər gülünc doğurur
23.05.2019
Yohannes Kars: “Azərbaycanın həm paytaxtı, həm də bölgələri sürətlə inkişaf edir”
23.05.2019
Xədicə İsmayılın erməni sevgisi
23.05.2019
Qazaxıstan Prezidenti: “Azərbaycan dinamik inkişaf edən dövlət kimi dünya birliyində layiqli yer tutur”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
2 Üç müharibə iştirakçısı olan general-mayor
3 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
4 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
5 …Hər sözdə vətən axtaran soydaşımız


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info