Azərbaycan ilk dəfə BTİ-nin “Çempion layihə” mükafatına layiq görülüb
Tarix: 14.06.2017 | Saat: 17:29:00 | E-mail | Çapa göndər


İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi sahəsində Azərbaycanın uğurlu təcrübəsi olan Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi BMT-nin ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) “Çempion layihə” mükafatına layiq görülüb. BTİ-nin Cenevrə şəhərində (İsveçrə Konfederasiyası) keçirilən “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti 2017” tədbirində “Çempion layihə” mükafatı Təşkilatın Baş Katibi Xoulin Çjao tərəfindən Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayevə təqdim olunub.
Bununla da Azərbaycan İKT-nin uğurlu tətbiqi sahəsində ilk dəfə olaraq BTİ-nin mükafatına layiq görülüb.
Ölkəmizdə dövlət idarəçiliyi və əhaliyə dövlət xidmətlərinin müasir əsaslar üzərində səmərəli və şəffaf təşkilində, informasiya və məlumatlandırma sistemlərinin imkanlarının arırılmasında informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə geniş vüsət alıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də İKT-nin uğurlu tətbiqi şəraitində son illərdə aparılan mühüm islahatlar əmək və sosial müdafiə, əlilliyin qiymətləndirilməsi sahələrində qabaqcıl təcrübə nümunələri formalaşdırmaqla, həmin sahələrdə idarəetmə və xidmətlərin keyfiyyətinin xeyli yüksəlməsinə yol açıb. Artıq 3 ilə yaxındır ki, tətbiq edilən, Azərbaycanın yerli mütəxəssislərinin bilik və bacarığının məhsulu olan Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi əmək bazarına nəzarətin operativ və səmərəli təşkilində, bu sahə ilə bağlı dəqiq uçotun aparılmasında, əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılmasında, əmək və sosial hüquqların təminatında xüsusi əhəmiyyət kəsb edir.
Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi “Elektron hökumət” portalında geniş istifadəçi kontingenti ilə seçilir. 450 elektron xidməti özündə əhatə edən “E-hökumət” portalına ötən dövrdə 47,2 milyona yaxın müraciət qeydə alınıb ki, onlardan 7 milyona yaxını və ya 14,6 faizi məhz Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə aid olub.
BTİ tərəfindən cari ilin 30 mart-30 aprel tarixlərində “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti - 2017 Mükafatları” müsabiqəsində müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın ayrı-ayrı hökumət və qeyri-hökumət qurumları tərəfindən elektron sistemlərə dair layihələr təqdim olunub. Ümumilikdə 467 elektron layihədən 345-i uğurlu hesab edilərək müsabiqədə iştirak etməyə buraxılıb. Onlardan 41-i MDB regionundan təqdim edilib. Həmçinin müsabiqədə iştirak edən elektron layihələrin 143-ü dövlət sektoruna, 77-si biznes sektoruna, 56-sı vətəndaş cəmiyyətinə və s. aid olub.
Ümumilikdə 18 nominasiya üzrə onlayn səsvermə əsasında keçirilən müsabiqə nəticəsində nominasiyaların hər biri üzrə ən çox səs toplayan ilk 5 layihə müəyyən olunub. Həmin layihələrdən ibarət 90 “Çempion layihə” seçilib. Azərbaycandan təqdim olunan layihələrdən Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi də “İKT Proqramları: E-Məşğulluq” nominasiyası üzrə ən çox səs toplayan ilk 5 layihədən biri olub və “Çempion layihə”lər sırasında yer alıb.
Hazırda 193 ölkənin üzv olduğu, bir sıra İKT tənzimləyicilərini, aparıcı elmi institutları, 700-ə yaxın texnoloji şirkəti əhatə edən BTİ beynəlxalq telekommunikasiyanın nizamlanması, standartlaşdırılması, uzlaşdırılması və inkişafı, eyni zamanda bu sahədə dövlətlərin siyasətinin uyğunlaşdırılması istiqamətində fəaliyyət göstərir.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info