İƏT-ə üzv ölkələr işsizliyə qarşı mübarizənin yollarını axtarır
Tarix: 25.04.2013 | Saat: 22:38:00 | E-mail | Çapa göndər


Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirlərinin iclası keçirilir. Konfransda dünyanın 50-dən çox İslam ölkəsinin əmək nazirləri iştirak edir. Konfransın məqsədi İƏT ölkələri arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üçün möhkəm zəmin yaratmaq, əmək potensialını yüksəltmək, işsizliyin səviyyəsini azaltmaq və əhalinin rifahını artırmaqdır.
Tədbiri giriş sözü ilə açan Səudiyyə Ərəbistanı Krallığının əmək nazirinin müavini Moffarej əl-Hoqubanin bildirib ki, əmək nazirlərinin birinci iclasından sonra İslam ölkələrində əmək bazarlarının inkişafı, işsizliyin aradan qaldırılması istiqamətində işlər görülüb, iş təminatı, təlimlə bazar arasında boşluqların aradan götürülməsi, özəl və dövlət sektorları arasında münasibətlərin yaradılması istiqamətində mühüm işlər görülüb: “Buna baxmayaraq, maliyyə və iqtisadi böhran İslam ölkələrinə də mənfi təsir edib. Bunun nəticəsində 5 il öncə işsizlik rekord hədə çatıb. Bunun nəticəsində İslam ölkələrində 200 mln. insan işsiz qalıb. İşsizlik gənclərə mənfi təsir edib və ərəb ölkələrində inqilabların baş verməsinə əsas təkan verib. İşsizliyin qarşısını almaq üçün layihələrin həyata keçirilməsi ölkələrdə inqilabi hərəkətlərə qarşı əsas mübarizə üsuluna çevrilib. Sağlam və təhlükəsizlik əmək mühitinin yaradılması əsas mübarizə üsuluna, sosial və iqtisadi inkişaf başlıca amilə çevrilməlidir. Kənd yerlərində insan kapitalından səmərəli istifadə edilməlidir”. İƏT-in baş katibi Ekmələddin İhsanoğlu toplantıdakı çıxışında deyib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının digər üzvləri ilə birlikdə neft və təhsil sahələrində, müxtəlif tədris və təlim proqramlarında fəal iştirak edir. Bunun nəticəsində Azərbaycan inkişaf agentliklərinin reytinqlərində çox yüksək səviyyələrə çıxıb. Baş katib qeyd edib ki, dünyadakı maliyyə böhranı nəticəsində islam ölkələrində iş yerlərinin sayı, gəlirlər, birbaşa xarici investisiyaların həcmi azalıb.
ANAR




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info