Baş nazirin müavini: “Həmsədrlər vəzifələrini yalnız regiona gəlib-getməklə bitmiş hesab etməməlidir”
Tarix: 14.06.2017 | Saat: 18:12:00 | E-mail | Çapa göndər


"ATƏT Minsk qrupu həmsədrlərinin səfərindən gözləntimiz var. Onlar ədalətli qərar qəbul edilməsi üçün daha səylə çalışmalı, vəzifələrini yalnız regiona gəlib-getməklə bitmiş hesab etməməlidir". Bunu Yeni Azərbaycan Partiyasının (YAP) İcraçı katibi-sədr müavini, baş nazirin müavini Əli Əhmədov deyib.
O, təəssüflə qeyd edib ki, uzun illərdir, ATƏT-in Minsk qrupunun fəaliyyət göstərməsinə baxmayaraq, hələ də Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün lazımı addımlar atılmayıb: “Düzdür, müəyyən işlər görürlər, mən bunların işinə tamamilə ədalətsiz demək istəməzdim. Amma məsələnin həll olunması, bizim məcburi köçkünlərin həyatının yaxşılaşdırması üçün əsas işlər görülməyib. Torpaqlarımız işğaldan azad olmayıb, qaçqın və köçkünlər öz yurdlarına qayıtmayıb və s. Bizim onlardan gözlədiyimiz bundan ibarətdir. Bu yaxınlarda bəyanatlar səsləndiriblər. Amma əsas bəyanat ondan ibarət olmalıdır ki, bu problem həllini tapsın. Bu münaqişə həddindən çox uzandı, bunun uzanması da bir yandan insanlara qarşı ədalətsizliyin davam etməsi, digər tərəfdən isə regionda təhlükəsizliyə təhdidin artması deməkdir".

Nigar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info