BANM-də Milli Qurtuluş Günü qeyd olunub
Tarix: 14.06.2017 | Saat: 18:15:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə BANM-in rəhbərliyi, professor-müəllim heyəti və əməkdaşları iştirak ediblər.
Tədbiri açan ali məktəbin Ümumi işlər üzrə prorektor Rəşad Həsənov Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb: “Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun günü Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün əsl qurtuluş və Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan Heydər Əliyevdir”. O, qeyd edib ki, dahi lider Heydər Əliyevin əsasını qoyduğu müdrik və uzaqgörən siyasət nəticəsində bu gün Azərbaycan müstəqil və güclü dövlətə çevrildi. R.Həsənov həmçinin Prezident İlham Əliyevin ulu öndərin ideyalarının uğurlu davamçısı olduğunu bildirib.
BANM-in İngilis dili və humanitar fənlər mərkəzinin dosenti Ələmdar Şahverdiyev “Heydər Əliyevin neft diplomatiyasının görünməyən tərəfləri” adlı məruzə ilə çıxış edib. O, bildirib ki, Heydər Əliyevin çox böyük nüfuzu və insanları öz arxasınca aparmaq bacarığı sayəsində Azərbaycanın başı üstünü almış təhlükələr aradan qaldırıldı.
Daha sonra “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının 3-ci kurs tələbəsi Pakizə Paşayeva çıxış edərək ulu öndərin həyatından və çoxsahəli ictimai-siyasi fəaliyyətindən bəhs edib.
Tədbirin sonunda ümummilli lider Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
27.05.2019
Qərar verildi: Bu ərazidəki evlərin hamısı söküləcək
27.05.2019
“Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv iştirak” mövzusunda təlim keçirilib
27.05.2019
Əli Şamilin 70 illik yubileyinə həsr olunmuş toplantı keçirilib
27.05.2019
Britaniya səfiri: “Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsində kifayət qədər geniş təcrübəyə malikdir”
26.05.2019
Azərbaycan Amerikan Tibb Assosiasiyası Vaşinqtonda konfrans keçirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info