Pirallahıda ümumtəhsil məktəblərində “Son zəng” keçirilib
Tarix: 14.06.2017 | Saat: 19:16:00 | E-mail | Çapa göndər


    Respublikamızın bütün guşələrində olduğu kimi Pirallahı rayonundakı tam orta məktəblərdə də “Son zəng” tədbirləri keçirildi.
Artıq son zəng ərəfəsində duyğulu anlar yaşayan müəllimlər, məzunlar və onların valideynləri bu qəm, kədər qarışıq sevincli dəqiqələrdə zəngin ovqata köklənmişdilər. Unudulmaz günün hərarətinə toplaşanlar arasından mikrofon önünə keçib çıxış edən mərasim iştirakçıları məzunlara könül dolusu uğurlar arzulayıb, sentyabrda məktəbə gələcək, sinif otaqlarına ilk kövrək addımlarını atacaq birincilərə mübarək qədəmlər, bol uğurlar arzuladılar.
Pirallahı rayonunda 168 nömrəli tam orta məktəbin qonağı olan Azərbaycan Respublikası Təhsil nazirinin birinci müavini Ceyhun Bayramov öz çıxışında məzunları təbrik etdi, onlara əziz gündə səmimi və xoş arzularını çatdırdı. Ölkədə təhsilə qayğının ildən-ilə gücləndiyini vurğulayan C.Bayramov qeyd etdi ki, Prezident İlham Əliyevin elm və təhsilin, xüsusilə də ümumi təhsil məktəblərinin, peşə liseylərinin və məktəbəqədər təhsil müəssisələrinin inkişafına xidmət edən fərman və sərəncamlarına əsasən, Bakı və onun ətraf qəsəbələrində, eləcə də bölgələrdə müasir standartlara uyğun yeni məktəb binaları tikilib istifadəyə verilir, hazırda bu proses müvəffəqiyyətlə davam etdirilir.
  Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov məzunlara əlamətdar gün münasibətilə RİH Başçısı Vasif İmanovun təbriklərini çatdırdı. V.Səfixanov vurğuladı ki, ölkəmizdə gedən hərtərəfli inkişaf nəticəsində bu gün  Azərbaycan olduqca böyük, beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara, konfranslara, nüfuzlu tədbirlərə ev sahibliyi edir. Hər bir sahədə olduğu kimi təhsil sferasına da Prezident İlham Əliyev cənablarının və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı daim artır. Vurğulandı ki, ölkəmizin hər yerində olduğu kimi Pirallahı rayonunda da geniş quruculuq və abadlıq işləri aparılır, eyni zamanda təhsil sahəsinin inkişaf etdirilməsinə xüsusi diqqət və qayğı göstərilir, rayonun bütün ümumtəhsil məktəblərinin müasir inventar və avadanlıqlarla təmin olunması istiqamətində zəruri işlər görülür.
Tədbirlərdə rayon məktəblərinin şagirdləri bir-birindən maraqlı çıxışlar edərək günün sevincini yaşadılar. Sonda 11-cilər məktəbin simvolik bilik açarını birincilərə təqdim etdilər. "Son zəng" bütün məktəblərdə yüksək bayram əhval-ruhiyyəsi ilə başa çatdı.

Fuad


   




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Culfada yeni meyvə bağları salınır
25.03.2019
Azərbaycanda martın 26-na gözlənilən hava proqnozu açıqlanıb
24.03.2019
Sabah bəzi bölgələrdə hava yağıntılı olacaq
24.03.2019
Qardaşlaşmış Xırdalan və Cocuq Mərcanlı məktəblərinin Novruz görüşü
23.03.2019
Bakıda güclü külək, rayonlarda qar gözlənilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info