İtaliyanın gələcək baş naziri xərclərin azaldılmasının əleyhinədir
Tarix: 25.04.2013 | Saat: 22:41:00 | E-mail | Çapa göndər


İtaliyanın yeni baş naziri vəzifəsinə namizədliyi prezident Corco Napolitano tərəfindən irəli sürülmüş sol-mərkəzçi Enriko Letta büdcəyə qənaət olunması tədbirlərini tənqid edib.
Onun fikrincə, xərclərin azaldılması siyasəti ifrata varıb. Parlament seçkilərinin yekunlarına görə, ilk iki yeri tutmuş partiyaların liderləri Pyer Luici Bersani və Silvio Berluskoni Lettanın namizədliyini dəstəkləməyə hazır olduqlarını bildiriblər. İtaliya prezidenti Corco Napolitano isə xəbərdarlıq edib ki, əgər parlamentarilər baş nazir vəzifəsinə onun təklif etdiyi namizədə səs verməsələr, o, istefa verəcək. Letta baş nazir vəzifəsinə rəsmi namizəd kimi jurnalistlər qarşısında ilk çıxışında siyasi böhrandan tezliklə çıxmağın zəruri olduğunu bildirib, habelə büdcəyə qənaət siyasətini tənqid edib. Enriko Letta deyib: “İtaliyada çox mürəkkəb, görünməmiş vəziyyət yaranıb. Parlament seçkilərinin yekunlarına əsasən heç bir partiya koalisiya çoxluğuna nail ola bilməyib. Hamımız başa düşürük ki, vəziyyət çox gərgindir və daha belə davam edə bilməz. İtaliya yeni hökumətin nə vaxt işə başlayacağını gözləyir. Buna görə də mən bu mandatı məsuliyyətə çağırış kimi qəbul edirəm. Yeni hökumətin əsas vəzifələrindən biri iqtisadiyyatda yaranmış problemlərin həllindən ibarət olacaq. İtaliya iqtisadiyyatında böhrana yaxın vəziyyət yaranmışdır. Biz məşğulluq sahəsində vəziyyəti yaxşılaşdırmağa çalışmalı, orta və kiçik biznesə kömək etməliyik. Mənim fikrimcə, Avropa ölkələrinin bəyan etdiyi xərclərin azaldılması siyasəti ifrata varıb. Biz əsas diqqəti iqtisadi artımın stimullaşdırılmasına yönəlmiş başqa tədbirlər üzərində cəmləşdirməliyik”.
CAVİDAN




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info