AzMİU-da mediatur təşkil olunub
Tarix: 14.06.2017 | Saat: 20:40:00 | E-mail | Çapa göndər


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2016-2017-ci tədris ilinin yaz semestri imtahanlarının gedişini müşahidə etmək üçün mediatur təşkil edilib. Mediaturda Universitetin rəhbərliyi, millət vəkilləri, ictimai təşkilatların nümayəndələri, təhsil ekspertləri və KİV mənsubları iştirak edib. Mediaturda Mİlli Məclisin üzvləri Aydın Mirzəzadə, İlham Məmmədov, Şahin İsmayılov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, təhsil ekspertləri Əjdər Ağayev və Nadir İsrafilov, Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev, Azadinform İnformasiya Agentliyinin baş redaktoru Niyaz Nİftiyev, Report İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev, “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev, “Yeni Azərbaycan” qəzetinin baş redaktorunun müavini Aqşin Şahinoğlu, “İki sahil” qəzetinin baş redaktorunun müavini Nail Rəhimzadə, “525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin Hüseynli, “Azərbaycan müəllimi” qəzetinin, AzərTAC, Apa.az, qafqazinfo.az, ekspress.az, aztəhsil.com və digər saytların, televiziyaların nümayəndələri iştirak edib.   
Tədbirdən əvvəl AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova qonaqları qəbul edib, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Mediaturun təşkilinin təhsilin keyfiyyətinin artırılması və neqativ hallarının aradan qaldırılması ilə bağlı olduğunu deyən rektor bildirib ki, eyni zamanda  əsas məqsəd imtahan sessiyasının obyektiv və şəffaf şəraitdə keçirilməsi barədə ictimaiyyəti məlumatlandırmaqdır. Sonra rektor qonaqlara universitetdə aparılan islahatlar, görülən işlər və yeniliklər haqqında, imtahan sessiyasının gedişi barədə ətraflı məlumat verib. Son illərdə universitetdə imtahanların yazılı qaydada tətbiqinin müsbət nəticə verdiyini, gənclərdə yazı vərdişlərinin formalaşdırılması, məntiq və təfəkkürün inkişaf etdirilməsi baxımından böyük əhəminyyəti olduğunu vurğulayıb. O, bildirib ki, tələbələrin öyrəndikləri bilikləri yazılı qaydada cavablandırması dünyagörüşünü artırmaqla yanaşı, onlarda yeni fikir, ideya formalaşdırır.  Rektor imtahanların şəffaf, normativ sənədlərə uyğun həm test üsulu ilə, həm də yazılı formada keçirildiyini qonaqların diqqətinə çatdırıb. G.Məmmədova bildirib ki, universitetdə bütün məsələlər “Elektron Universitet Portalı” vasitəsilə nəzarətə götürülür, istər yazılı, istərsə də test imtahanlarının nəticələri dərhal həmin sistemdə qeydə alınır. Tələbə test imtahanlarının nəticələrini cavabları təsdiq etdikdən dərhal sonra kompüterin ekranından görür. Yazılı imtahanlar da test imtahanları kimi ciddi nəzarətə götürülüb, yazılar şifrələnir, sonra yoxlanılır, həmin gün qiymətlər tələbələrə elan edilir. Hər günün sonunda istər yazılı, istərsə də test imtahanlarının nəticələri universitetin elektron portalında yerləşdirilirRektor qeyd edib ki, universitetdə imtahan sessiyasının gedişinə nəzarət etmək məqsədilə Qərargah və Apelyasiya Komissiyası yaradılıb: “Qiymətləndirmədən narazı qalan tələbələrin Apellyasiya Komissiyasına ərizə ilə müraciət etməsi üçün şərait təmin edilib. Komissiya bütün müraciətlərə baxır, araşdırır, qiymətləndirmədə şəffaflıq və operativliyi təmin edir. Tələbələrin imtahanla bağlı təklif və şikayətlərini bildirmələri üçün universitetin bütün korpuslarına möhürlənmiş şəffaf qutular yerləşdirilib”. 
Mediaturdan sonra iştirakçılar imtahanların gedişini canlı izləmək üçün universitetin bir neçə auditoriyasına baş çəkib, imtahanların gedişini izləyib və cavabların yoxlanılması prosesi haqqında məlumat əldə ediblər. Eyni zamanda onlar Memarlıq fakültəsində tələbələrin kurs işlərinin müdafiəsi prosesini də izləyiblər, gənc memarların, dizaynerlərin əl işlərindən ibarət sərgiyə də baxıblar. Millət vəkili İlham Məmmədov universitetdə imtahan sessiyasının yüksək səviyyədə təşkil olunduğunu, yeni informasiya texnologiyalarının tətbiqi ilə imtahanların obyektiv və şəffaf keçirilməsi üçün rəhbərliyin hər cür şərait yaratdığını qeyd edib, xüsusi ilə imtahanların yazılı formada keçirilməsini alqışlayıb. Digər qonaqlar da universitetlə tanışlıqdan, imtahan sessiyasını yaxından izləməkdən məmnunluqlarını ifadə ediblər, imtahan zallarında, tələbələrin cavab kartlarının şifrələnməsi prosesində, habelə müdafiə otaqlarında gördükləri obyektiv və şəffaf mühitdən razı qalıblar.  Mediatur başa çatdıqdan sonra imtahanlarla bağlı təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info