Londonda yaşayış binasında yanğın
Tarix: 14.06.2017 | Saat: 23:52:00 | E-mail | Çapa göndər


Londonda yaşayış binasında yanğın nəticəsində azı 6 nəfər ölüb. Qurbanların sayı arta bilər. “RİA Novosti” xəbər verir ki, bu barədə paytaxt polisi açıqlama yayıb. Yanğın zamanı azı altı nəfərin həlak olduğu təsdiqlənb. Xatırladaq ki, Londonun qərbində çoxmənzilli “Grenfell Tower” yaşayış binasında güclü yanğın baş verib. Britaniya paytaxtının təcili yardım xidmətinin məlumatına əsasən, yanğından zərər çəkmiş 50 nəfər xəstəxanalara yerləşdirilib. İyirmi dörd mərtəbəli binanın yerləşdiyi Şimali Kensinqton Londonun o qədər də firavan olmayan rayonlarındandır. Burada Afrika, Yaxın Şərq və Pakistandan, həmçinin Şərqi Avropadan çıxmış çoxlu insan yaşayır. “Grenfell Tower” yaşayış binasında baş verən güclü yanğın Mühafizəkarlar Partiyası ilə Şimali İrlandiyanın Demokratik Yunionist Partiyası arasında sazişin elan olunmasını ləngidə və Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması üzrə danışıqları təxirə sala bilər. BBC xəbər verir ki, mühafizəkarlarla yunionistlər arasında parlament koalisiyası barədə danışıqlar davam edir, hər iki tərəf saziş bağlamağa yaxındır. Lakin Britaniyanın paytaxtında azı 6 nəfərin ölümünə səbəb olan fövqəladə vəziyyət fonunda siyasətçilərin hər hansı bəyanatı yersiz görünər. Beləliklə, əldə olunmuş sazişin nəticələri gələn həftə elan oluna bilər ki, bu halda Brüsellə “brexit” barədə danışıqların başlaması vaxtı gecikəcək. Xatırladaq ki, iyunun 8-də Böyük Britaniyada keçirilən növbədənkənar parlament seçkilərində mühafizəkarlar ötən seçkidəki heyətlə müqayisədə 12 yer itirərək cəmi 318 mandat əldə edə bilib. Onlara tam çoxluq qazanmaları üçün 8 yer çatmayıb.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər
14.11.2018
İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info