Türkiyədə CHP millət vəkili 25 il həbsə məhkum edilib
Tarix: 14.06.2017 | Saat: 23:53:00 | E-mail | Çapa göndər


Türkiyənin İstanbul şəhər 14 saylı Ağır Cəza Məhkəməsi Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul millət vəkili Enis Bərbəroğlunun 25 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Məhkəmə "MİT tırları olayı" ilə bağlı 2015-ci il mayın 29-da "Cumhuriyet" qəzetində dərc olunan xəbərlə əlaqədar hökmünü açıqlayıb. E. Bərbəroğlu "dövlətin gizli məlumatlarını siyasi və hərbi casusluq məqsədilə açıqlamaq" ittihamı üzrə əvvəlcə ömürlük həbsə məhkum edilib, lakin yekunda cəzanı 25 ilə endirib. E. Bərbəroğlu həbslə bağlı prosedurların yerinə yetirilməsi üçün məhkəmə binasındakı polis bölməsinə aparılıb. Qeyd edək ki, söhbət Türkiyənin əsas kəşfiyyat orqanı - Milli İstihbarat Təşkilatına məxsus və Suriyaya doğru yola çıxan yük avtomobillərinin 2014-cü il yanvarın 1-də və yanvarın 19-da Türkiyə ərazisində "fətullahçı" prokurorların göstərişi ilə saxlanılması hadisəsindən gedir. Bu hadisələrlə bağlı məhkəmə qərarı əsasında dövlət sirrinin yayılmasının qarşısının alınması məqsədilə yayım qadağası tətbiq olunmasına baxmayaraq, tırların görüntüləri 2015-ci il mayın 29-da "Cumhuriyet"də qəzetin o zamankı baş redaktoru Can Dündarın imzası ilə çap olunub. Həmin görüntülərin E. Bərbəroğlu tərəfindən yaddaş kartı ilə qəzetə ötürüldüyü bildirilir. E. Bərbəroğlu, C. Dündar və qəzetin Ankara təmsilçisi Erdem Gül "Fətullahçı Terror Təşkilatı"nın (FETÖ) strukturuna daxil olmadan təşkilatın məqsəd və strategiyasına uyğun şəkildə dövlətin məxfi məlumatlarını casusluq məqsədilə yaymaqda ittiham olunur.




 
Bölməyə aid digər xəbərlər
18.08.2019
Ordumuz düşmənin istənilən fəaliyyətini müxtəlif kalibrli silahların nişangahı altında saxlayır
16.08.2019
Prezident Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16.08.2019
“Sosial şəbəkə müxalifəti”: AXCP-ReAl “savaş”ı yeni müstəvidə
16.08.2019
Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
15.08.2019
“Söyüş və iaşə müxalifəti” şübhəli mənbələrdən maliyyələşir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10859

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info