Avropa İttifaqının yeni döyüş qrupları yaradılır
Tarix: 14.06.2017 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


Brüsseldə bir araya gələcək Aİ liderləri döyüş qruplarından istifadə ilə bağlı qərar qəbul edəcək
Avropa İttifaqına daxil olan ölkə liderlərinin iyunun 22-23-də Brüsseldə keçirilməsi nəzərdə tutulan sammitində müdafiə və təhlükəsizlik məsələləri müzakirə ediləcək. Aİ liderləri müdafiə və təhlükəsizlik sahəsində üçün yeni addımların atılması ilə bağlı qərarlar qəbul edəcəklər. Avropa İttifaqı Şurasının sosial dialoq və vətəndaş azadlıqları üzrə rəsmisi Helena Dallinin sözlərinə görə, sammitdə müzakirə ediləcək məsələlər arasında əsas yeri birgə layihələr, Aİ-nin döyüş qruplarının yaradılması və istifadəsi, eləcə də hərbi sənaye ilə bağlı məsələlər tutacaq. Helena Dalli miqrasiya məsləsinin də sammitdə əsas müzakirə mövzularından biri olacağını xatırladıb. Dalli qeyd edib ki, dövlət və hökumət başçıları bu ilin fevralından bəri Aralıq dənizi marşrutu üzrə qanunsuz miqrasiyaya qarşı razılaşdırılmış bir sıra məsələləri müzakirə edəcəklər. Terror hücumları, Mançester və Londonda törədilən qanlı olaylar da sammit iştirakçılarının diqqətində olacaq. “Avropa İttifaqına üzv ölkələrin dövlət və hökumət başçıları təhlükəsizlik məsələlərini ciddi şəkildə müzakirə edəcəklər. Terrora və ekstremizmə qarşı qətiyyətlə mübarizə aparılmalıdır. Sammitdə Avropa İttifaqının terrora qarşı əlavə hansı addımları ata biləcəyi ilə bağlı əlavə qərarlar da qəbul edilə bilər”-deyə Dalli bildirib. Sammitin gündəliyində növbəti müzakirə mövzusu müdafiə sahəsində daha sıx əməkdaşlıq olacaq. Maltalı siyasətçi Helena Dallinin fikrincə, liderlər bir neçə istiqamətdə atılacaq addımları, daimi strukturlaşdırılmış birliklər arasında əməkdaşlıq məsələlərini də müzakirə edəcəklər. Qeyd edək ki, bu ilin may ayının ortalarında Avropa İttifaqına daxil olan ölkələrin müdafiə nazirləri daimi strukturlaşdırılmış hərbi birliklər arasında əməkdaşlığın qayda və prinsipləri barədə razılığa gəlsələr də, bu qayda və prinsiplər hələ də əməl edilmir. Ehtimal ki, daimi strukturlaşdırılmış əməkdaşlıq layihəsi iki səviyyədə həyata keçiriləcək: iştirakçı ölkələrin səs hüququ və d təşəbbüs göstərmək. Xatırladaq ki, həmin görüşdə nazirlər Avropada döyüş qruplarından istifadə üçün hazırlıqları gücləndirmək niyyətlərini də bəyan ediblər. Onu da qeyd edək ki, Avropa Parlamentində miqrasiyanın vəziyyətində dair hesabatla çıxış edən miqrasiya, daxili işlər və vətəndaşlıq məsələləri üzrə avrokomissar Dimitris Avramopulos bildirib ki, miqrasiyaya dair Aİ-Türkiyə razılaşması Türkiyə dövlət sərhədindən Yunanıstan ərazisinə qaçqın axınını 97% - gündə 50-dək və ya ayda 4 500 nəfərədək azaldıb: “Egey dənizində ölən miqrantların sayı da xeyli azalıb. Ümumilikdə, Aİ ölkələrinin Türkiyə ilə 2016-cı ilin iyununda əldə etdiyi sazişin qüvvəyə minməsindən bu vaxtadək miqrantların sayı 97 faiz azalıb”. Onun sözlərinə görə, Türkiyəyə qaytarılan mühacirlərin sayı martdan mayadək cəmi 311 nəfər təşkil edib. Avrokomissar Brüsselin Ankara qarşısında üzərinə götürdüyü öhdəlikləri tam həcmdə icra etdiyini qeyd edib: “Aİ miqrasiya sazişi ilə iyulun sonunadək ayrılması nəzərdə tutulmuş 3 mlrd. avrodan 2,9 mlrd. avro artıq Ankaraya köçürüb. Bu məbləğdən 1,57 mlrd. avro artıq Türkiyə ərazisində məskunlaşmış suriyalı miqrantlara xərclənib”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
100 mühafizəkar Tereza Meyi Brexiti təxirə salmağa məcbur etmək istəyir
22.02.2019
Ukraynada modernləşdirilmiş raket sistemləri uğurla sınaqdan keçirilib
22.02.2019
Pompeo: “Huawei“dən istifadə edən heç bir ölkə ilə əməkdaşlıq etməyəcəyik“
22.02.2019
Hindistanda donuz qripi sürətlə yayılır
22.02.2019
ABŞ-da yeni qırıcı təyyarə təqdim edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info