Körfəzdə müharibə riski: Qətərə hərbi müdaxilə ola bilər
Tarix: 15.06.2017 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


“The Express Tribune”: “Kral Pakistandan Qətər məsələsində tərəfini bəlli etməsini istəyib”
Vaşinqtonda səfərdə olan Səudiyyə Ərəbistanının XİN rəhbəri Adil Əl Cübeyr krallığın Qətərə yardım göndərməyə hazır olduğunu, əmirliyə qarşı görülən tədbirləri isə blokada yox, boykot adlandırıb. Bu barədə TASS xəbər verir. “Texniki cəhətdən bu blokada deyil. Biz suveren hüququmuzdan istifadə edərək onlara hava məkanımızdan istifadə etməyi qadağa etdik. Biz ailələrə ölkədən ölkəyə keçməyə icazə veririk, biz onları heç də ayırmırıq. Biz lazım gələrsə, Qətərə ərzaq məhsulları və dərman vasitələri tədarük etməyə hazırıq”- deyə XİN rəhbəri bildirib. Onun sözlərinə görə, Qətərin dəniz limanları və aeroportları açıqdır, onlara dair heç bir blokada yoxdur, qadağa isə yalnız Qətər təyyarələrini əhatə edir: “Qətər hara istəsə mallarını göndərə bilir, sadəcə onların bizim limanlara girişinə qadağa qoyulub”.

Birləşmiş Ərəb Əmirliklərinin Vaşinqton səfiri: “Qətər siyasətini dəyişməsə...”, Türkiyə hərbçilərdən ibarət nümayəndə heyəti artıq Qətərdədir

Maraqlıdır ki, Birləşmiş Ərəb Əmirliklərinin Vaşinqtondakı səfiri də eyni gün açıqlama ilə çıxış edib. Yusuf əl-Uteybə bəyan edib ki, Qətər siyasətini dəyişməsə, ona qarşı yeni sanksiyalar tətbiq ediləcək. Bu isə ərəb dövlətlərinin Qətərə hərbi müdaxilə ehtimalını gündəmə gətirib. Səfir, Qətərə qarşı “yeni tədbirlərin gündəmdə olduğunu” bildirsə də, hərbi müdaxilənin müzakirə edilmədiyini bildirib. Səfir bəyan edib ki, ərəb dövlətlərinin Qətərdən tələblərinin yer aldığı siyahı yaxın günlərdə Vaşinqtona təqdim ediləcək. Səfir “Əl-Ərəbiyyə” kanalına müsahibəsində bildirib ki, Qətərə embarqo tətbiq edən ərəb dövlətlərinin bu addımı Birləşmiş Ştatlarının bu ölkədəki hərbi bazasına təsir etmədiyi artıq Ağ Evin diqqətinə çatdırılıb. Bu arada Səudiyyə Ərəbistanı Qətərə qarış diplomatik hücumlarını davam etdirir. Dünən bu kontekstdə daha bir məlumat Pakistanın “The Express Tribune” nəşrində yayılıb. Qəzet yazır ki, həftənin ilk günü Pakistanın baş naziri Nəvaz Şərif və Baş Qərargah rəisi Qamar Caved Vajva yüksək səviyyəli bir heyətlə Ciddəyə səfər edib. Nəşr yazır ki, həmin səfər çərçivəsində kral Pakistandan Qətər məsələsində tərəfini bəlli etməsini istəyib. Adının çəkilməsini istəməyən pakistanlı diplomat nəşrə deyib ki, Nəvaz Şərif islam ölkələri arasında dostluğun bərpası üçün bütün addımları atmağa hazır olduğunu bildirərək, müsəlman ölkələri arasında problemlərlə tərəf olmayacaqlarını bildirib. Bu məsələdə aktiv rol oynayan və Qətərə açıq dəstək verən Türkiyədə də ardıcıl addımlar atmaqdadır. Belə ki, Qətər ərazisində türk hərbçilərinin yerləşdirilməsini nəzərdə tutan ikitərəfli sazişə uyğun olaraq Türkiyə hərbçilərdən ibarət nümayəndə heyəti Qətərə yollanıb. “Milliyet”in xəbərinə görə, nümayəndə heyətinin tərkibinə rütbəsi açıqlanmayan 3 hərbçi var. Qətərə səfər etdiyi bildirilən nümayəndə heyəti türk hərbçilərinin bu ölkə ərazisində yerləşdirilməsi məsələsini müzakirə edəcəyini bildirib. Türkiyə Böyük Millət Məclisi Təhlükəsizlik və Kəşfiyyat Komissiyasının üzvü, hakim Ədalət və İnkişaf Partiyasının Manisadan olan millət vəkili Murad Baybatur APA-ya açıqlamasında deyib ki, istər Orta Şərqdə və istərsə Fars Körfəzi bölgəsində davam edən proseslərdə Türkiyə fəal rol oynamağa çalışır: “Bu gün Türkiyə bölgəyə yaxından diqqət göstərirsə, bu hər şeydən əvvəl, Türkiyənin tarixi missiyasından irəli gəlir. Bölgədə marağı olan ölkələr bilməlidirlər ki, biz sülh, əmin-amanlıq və ədalət tərəfdarıyıq. Bizim siyasətimiz müstəmləkəçilik deyil, əksinə təbii sərvətlərdən əldə edilən gəlirlərin bölgə ölkələrinin vətəndaşları arasında ədalətli şəkildə bölüşdürülməsidir. Digər tərəfdən, Türkiyə bölgədə öz təhlükəsizliyini düşünmək məcburiyyətindədir. Cərəyan edən proseslərdə ölkəmizə zərər gəlməməsi üçün prezidentimiz daima lazımi xəbərdarlıqları edir. Türkiyə bölgədə öz sözünü ədalətli şəkildə deyəcək, o biri ölkələr Türkiyənin təhlükəsizliyinin ziddinə olan addımlar atmağı ağıllarından keçirməsinlər. Yoxsa Türkiyə hamıya haqq etdiyi cavabı verəcək gücə sahibdir. Bunu unutmayacaqlarına inanıram”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info