Qazaxıstan səfiri Muxtar Respublikada səfərdə olub
Tarix: 16.06.2017 | Saat: 18:22:00 | E-mail | Çapa göndər


Xəbər verdiyimiz kimi, Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayev iyunun 14-də Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. İki gün davam edən səfəri çərçivəsində səfir muxtar respublikanın istehsal və təhsil müəssisələri ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, diplomat əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət edib. Burada qonağa məlumat verilib ki, muzeyin fondunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən 4 min 600-dən çox eksponat toplanıb. Ulu Öndər tərəfindən qəbul edilən qərar və sərəncamlar, imzalanan protokol və müqavilələr, Ümummilli Liderə göndərilmiş məktub və teleqramlar mənalı ömür yolunun müxtəlif anlarını özündə əks etdirməklə, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin dövlətçilik və ictimai-siyasi fəaliyyəti barədə də dolğun təsəvvür yaradır.
Naxçıvan Biznes Mərkəzinə gələn Beybit İsabayevə bildirilib ki, burada muxtar respublikanın 96 istehsal və xidmət müəssisəsi tərəfindən istehsal edilən məhsullar nümayiş olunur. Bu gün muxtar respublikada 367 növdə məhsul istehsal edilir. Bu məhsulların 121 növü ərzaq, 246 növü qeyri-ərzaq məhsullarıdır. 107-si ərzaq, 237-si qeyri-ərzaq olmaqla, 344 növdə məhsula olan tələbat tamamilə daxili imkanlar hesabına ödənilir. Bütün bunlar – iqtisadiyyatın şaxələndirilməsi və sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi özəl sektorun inkişaf etməsinə yaradılan şəraitin bəhrəsidir.
Sərgidə 900-dən çox müxtəlif adda məhsul nümayiş etdirilir. Muxtar respublikamızdakı iri özəl sektor təmsilçiləri ilə yanaşı, çox sayda digər orta və kiçik biznes qurumlarının məhsulları da burada öz yerini tutub.
Milli dəyərlərimizin mühüm nümunələri olan xalçaçılıq, dekorativ-tətbiqi sənət, dulusçuluq, rəssamlıq və ağac üzərində oyma işləri səfirin diqqətini cəlb edib. Bildirilib ki, mərkəzin nəzdində xalq yaradıcılığı emalatxanası və iki satış mağazası fəaliyyət göstərir.
Naxçıvanın iqtisadi potensialı Qazaxıstanın ölkəmizdəki səfirində dərin təəssürat yaradıb.
Qazaxıstanlı səfir Beybit İsabayev Naxçıvan Dövlət Universitetində də olub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov muxtar respublikada təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb, universitetin strukturu, maddi-texniki bazası, professor-müəllim heyəti, ali təhsil ocağındakı mövcud fakültə və ixtisaslar haqqında ətraflı məlumat verib.
Rektor qeyd edib ki, dünyanın 50-dən artıq ölkəsinin 80-dən çox universiteti ilə beynəlxalq əməkdaşlığa malik olan, bir sıra beynəlxalq layihələrdə uğurla təmsil olunan ali təhsil ocağında dünya universitetləri ilə virtual əməkdaşlıq, beynəlxalq videokonfranslarda iştirak etmək üçün də geniş imkanlar var. Tələbə mobilliyinin inkişafı nəticəsində bu ali məktəbin bakalavr və doktorantları öz təhsillərini Türkiyə, İspaniya, Fransa, Cənubi Koreya, Rusiya, Rumıniya və digər Avropa ölkələrinin ali məktəblərində uğurla davam etdirirlər.
İyunun 15-də Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info