BANM-də “Açıq qapı günü” keçirilib
Tarix: 16.06.2017 | Saat: 19:59:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) yeni şəhərciyində “Açıq qapı günü” keçirilib. Tədbirdə 50-dən artıq məktəbli və onların valideynləri iştirak ediblər. “Açıq qapı günü” ali məktəbin kampusunun tanışlıq gəzintisi ilə başlayıb. Şagirdlər 600 nəfərlik akt zalı, üzgüçülük hovuzu, iki idman zalı, 110 yerlik auditoriya zalı, kafe, tədris auditoriyaları, müasir tədris laboratoriyaları, kitabxana, üzmə hovuzu, fitnes mərkəzi, süni örtüklü stadion, tennis kortu, voleybol, basketbol və yüngül atletika meydançaları və Tələbə evi ilə tanış olublar.
Daha sonra “Açıq qapı günü” BANM-in Senat otağında davam etdi. BANM-in Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Hacıyeva audio-vizual təqdimatla çıxış edərək, şagirdlərə BANM-in yaranma tarixi, fəaliyyət istiqamətləri, yeni kampusu, illər üzrə ümumi statistik göstəriciləri, BANM-in ixtisasları üzrə minimal keçid balları, əməkdaşlıq etdiyi xarici şirkətlər və ali təhsil müəssisələri, tədris proqramları, daxili intizam qaydaları, yerli və transmilli şirkətlərdə təşkil olunan təcrübələr, seminarlar və BANM-in fəaliyyətinin digər istiqamətləri haqqında geniş məlumat verib. H.Hacıyeva həmçinin Ali Məktəbin tələbə həyatı, sosial-ictimai sahədə tələbələrin fəaliyyəti haqda və qazandıqları uğurun sirləri barədə danışaraq tələbə təşkilatları və klubları haqqında məlumat verib.
Sonda tədbir iştirakçıların çoxsaylı sualları cavablandırılıb, onlara ali məktəbin bukletləri paylanılıb və xatirə fotoları çəkilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info