Xəzərin statusuna dair yeni təkliflər var
Tarix: 25.04.2013 | Saat: 23:00:00 | E-mail | Çapa göndər


Xəzəryanı ölkələr dənizin hüquqi statusu haqqında Konvensiya layihəsinin bir sıra müddəalarına yeni təkliflər və güzəştli düzəlişlər daxil ediblər. Bu barədə Rusiya XİN-in saytında Konvensiyanın hazırlanması üzrə Xüsusi işçi qrupunun 32-ci iclasının yekunlarına həsr olunmuş yazıda qeyd olunub. "Tehranda başa çatan iclasın gedişində nümayəndə heyəti rəhbərləri Xəzərin hüquqi statusunun əsas elementləri və dənizdə əməkdaşlığın müxtəlif aspektləri üzrə öz ölkələrinin mövqeyini təqdim ediblər" - deyə, Rusiya XİN-in məlumatında bildirilir. Qeyd edək ki, Tehranda kecirilən iclasda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan nümayəndə heyətləri iştirak ediblər. Görüşdə III Xəzər sammitinin qərarlarının tezliklə icrasının vacibliyi xüsusi qeyd olunub. Bununla əlaqədar olaraq, həmin qərarların müzakirəsi məqsədilə Xüsusi işçi qrupunun növbəti iclasında bütün tərəflərin kartoqrafik sxemləri təqdim etməsinin vacibliyi barədə qarşılıqlı anlaşma əldə olunub. Nümayəndə heyətləri Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsinin razılaşdırılması prosesinin aktivləşdirilməsi üçün danışıqların tempinin saxlanmasının zəruriliyini vurğulayıblar. Xüsusi işçi qrupunun növbəti - 33-cü iclası Bakıda keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info