“Ermənistanın “status-kvo”nu saxlamaq siyasəti danışıqlarda irəliləyişə imkan vermir”
Tarix: 16.06.2017 | Saat: 20:04:00 | E-mail | Çapa göndər


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının komissarıYohannes Hanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan-Avropa İttifaqıtərəfdaşlıq sazişi üzrə danışıqlar prosesinin növbəti raundu ilə bağlı geniş müzakirələr aparılıb və saziş layihəsi üzərində işin bu ilin sonunda keçiriləcək Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrinin zirvə toplantısına qədər yekunlaşacağına inam ifadə olunub.
 
Saziş layihəsi üzrə danışıqların növbəti mərhələsinin iyul ayında keçiriləcəyi bildirilib. 
 
E. Məmmədyarov saziş layihəsi üzrə danışıqların konstruktiv və intensiv şəkildə aparılmasının müsbət hal olduğunu deyib və danışıqların bu mərhələsində əsasən siyasi və ticarət məsələlərinin müzakirə olunduğunu qeyd edib. O həmçinin ölkəmizin Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu bildirib.
 
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin region üçün əsas təhdid olduğunu deyən E. Məmmədyarov münaqişənin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verib. O əlavə edib ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu və Ermənistanın işğala əsaslanan “status-kvo”nu saxlamaq siyasəti münaqişənin həllində irəliləyişə nail olmağa imkan vermir. 
 
E. Məmmədyarov Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiyasında əks olunduğu kimi Aİ tərəfindən həlli uzadılmış münaqişələrə münasibətdə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipi əsasında vahid mövqedən yanaşılmasının vacibliyini diqqətə çatdırıb. 
 
Avropa İttifaqının komissarı Yohannes Han 15 iyun-Qurtuluş Günü münasibətilə təbriklərini çatdırıb və Aİ ilə Azərbaycan arasında nəqliyyat, ticarət, uzlaşma (connectivity) və enerji sahəsində praqmatik və praktiki əsaslı əməkdaşlığın mövcud olduğunu bildirib.
 
Görüşdə Aİ-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov: “Azərbaycan-İsrail strateji münasibətləri bütün regionda sülhə və təhlükəsizliyə xidmət edir”
25.05.2019
ABŞ Konqresində Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi münasibətilə növbəti bəyanat verilib
24.05.2019
“Anatolian Phoenix-2019” təlimləri başa çatıb
24.05.2019
MN: Ermənilər məruz qaldıqları uğursuzluğu absurd bəyanatlarla ört-basdır etməyə çalışırlar
24.05.2019
ABŞ və Azərbaycan arasında bir çox ortaq maraqlar üzərində qurulmuş güclü tərəfdaşlıq mövcuddur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 …Hər sözdə vətən axtaran soydaşımız


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info