ADNSU-da II Strartap və İnnovasiya Festivalı keçirilib
Tarix: 16.06.2017 | Saat: 21:14:00 | E-mail | Çapa göndər


İyunun 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) II Strartap və İnnovasiya Festivalı keçirilib. Tədbirdə Təhsil naziri, cənab Mikayıl Cabbarov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri, cənab Ramin Quluzadə, millət vəkilləri, universitet rektorları, xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirliklərinin nümayəndələri, şirkət rəhbərləri iştirak edib.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı II Strartap və İnnovasiya Festivalını açıq elan edib. ADNSU-nun “eazi START” Startap və İnnovasiya Mərkəzinin son iki ildə gördüyü işlərdən danışan rektor M.Babanlı gənclərin təqdim etdiyi layihələrin gələcəkdə böyük uğur qazanacağına inandığını bildirib. Onun sözlərinə görə, hətta bu layihələrin bəziləri dünya bazarlarına çıxa biləcək səviyyədədir: “Bizim əsas məqsədlərimizdən biri odur ki, gələcəkdə tələbələr öz buraxılış işlərini startap ideyaları ilə təqdim etsinlər. Növbəti illərdə biz universitet sərhədlərini aşıb bu cür buraxılış festivallarını daha geniş formada təşkil etməyi planlaşdırırıq”, - deyə rektor qeyd edib. O bu işlərin gəyata keçirilməsində daim ADNSU-nun yanında olduqlarına görə, Təhsil naziri cənab Mikayıl Cabbarova, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar naziri, cənab Ramin Quluzadəyə və digər şəxslərə universitet adından təşəkkürünü bildirib.
Rektor, Mustafa Babanlının çıxışından sonra universitetin “eazi START” startap məktəbinin “Smart Keyboard”, “Cam Touch”, “General Reporting Platform”, “Multivizor” və “KubiRub” layihələri festival iştirakçılarına təqdim olunub.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə rəhbərlik etdiyi qurumun ölkədə İnformasiya Texnologiyalarının inkişafına xüsusi önəm verdiyini bildirib. Nazir bu sahədə vacib istiqamətlərdən birinin müasir elmi nailiyyətlərə əsaslanan ideyaların dəstəklənməsi olduğunu qeyd edib: "Nazirliyin İKT Fondu, Yüksək Texnologiyalar Parkı, Biznes İnkubasiya Mərkəzində bu sahədə müəyyən işlər görülüb. İnnovasiya sahələrinin inkişafı üçün bir çox startap layihələrinə qrantlar ayrılır. Bu günədək İKT Fondu tərəfindən innovasiya sahələri üzrə 4 qrant müsabiqəsi keçirilib. 600-dən çox layihədən 100-ü maliyyələşdirilib. Nazirliyin Yüksək Texnologiyalar Parkına bu günə kimi 300-dən çox startapçı müraciət edib. Onlardan 29-u parkda daimi fəaliyyət göstərir. 150-yə yaxın startapçı isə bizimlə mütəmadi olaraq əməkdaşlıq edir”, - deyə o vurğulayıb.
Təhsil naziri Mikayıl Cabbarov ali məktəblərdə startap ideyalarının icrasının həm tələbələr, həm də təhsil müəssisələrinin özləri üçün yeni imkanlar yaratdığını deyib. Onun sözlərinə görə, bu layihələrin həyata keçirilməsi gənclərin sahibkarlıq ruhunun inkişaf etdirilməsi, biznes potensialının artmasına xidmət edir: "Biz bu cür layihələri inkişaf etdirmək üçün birlikdə çalışmalıyıq. Startap layihələrinin icrası tələbələrin sahibkarlıq ruhunun inkişaf etdirilməsi ilə yanaşı ali məktəblərin də əlavə qazanc əldə etməsində müəyyən rol oynaya bilər. Biz bu sahədə vahid milli platformadan çıxış etməliyik. İş adamları, dövlət və özəl şirkətlərlə müzakirələr bu sahəni daha məhsuldar edə bilər”, - deyə Təhsil naziri qeyd edib.
Çıxışlardan sonra ADNSU-nun startap məktəbinin daha 6 layihəsi təqdim olunub. Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
II Strartap və İnnovasiya Festivalının sonunda ADNSU-nun rektoru, professor M.Babanlı, universitetin professor və müəllim heyəti, tədbirdə iştirak edən müxtəlif dövlət və özəl şirkətlərin nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib. ADNSU rektoru, prof. M.Babanlı şirkət nümayəndələrinə göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib, universitet və müəssisələr arasında bu əməkdaşlığın hər iki tərəfə böyük fayda verəcəyini qeyd edib. Dəyirmi masada sərmayəçilərlə startap layihələrinin inkişafı, gələcəkdə görülməli olan işlər, birgə əməkdaşlıq və s. mövzular müzakirə olunub.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info