“Ermənistan bölgədə sülhü və sabitliyi pozmağa cəhd edən ölkədir”
Tarix: 16.06.2017 | Saat: 21:54:00 | E-mail | Çapa göndər


Tbilisidə Abxaziyadan olan məcburi köçkünlər Ermənistan səfirliyi qarşısında aksiya keçirib, mindən çox imza toplayıb: “Erməni ailələrinin zorla Abxaziya və Cənubi Osetiya ərazilərinə yerləşdirilməsinin dayandırılmasını tələb edirik”

Gürcüstanın işğal edilmiş Abxaziya və Cənubi Osetiya bölgələrindən olan bir qrup məcburi köçkün Tbilisidə etiraz aksiyası keçirib. Abxaziyadan olan məcburi köçkünlərin yaratdıqları “İşğala qarşı hərəkat” qeyri-hökumət təşkilatının təşəbbüsü ilə keçirilən aksiyanın iştirakçıları metronun Marcanaşvili stansiyasından Ermənistan səfirliyinin binasının qarşısınadək yürüş ediblər. Səfirliyin qarşısında etiraz bəyanatı oxunub. “İşğala qarşı hərəkat”ın sədri Onise Gerqadava bəyanatı səfirliyin əməkdaşına təqdim edib. O.Gerqadava jurnalistlərə müsahibəsində deyib: “Bu gün Ermənistan bölgədə sabitliyi və sülhü pozmağa cəhd edən ölkədir. Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrinin işğalında ermənilər xüsusi fəallıq göstəriblər. İndi də həmin bölgələrə erməni ailələri köçürülür.

“Ermənistanın işğalçılıq və antigürcüstan siyasəti beynəlxalq müstəvidə də davam edir”

Bu, yolverilməzdir və dünya birliyi buna hüquqi qiymət verməlidir”. O qeyd edib ki, Ermənistanın işğalçılıq və antigürcüstan siyasəti beynəlxalq müstəvidə də davam edir. Ermənistandan olan deputatların Avropa Şurasında qaçqınların və məcburi köçkünlərin hüquqlarının qorunması və doğma yurd-yuvalarına qayıtmaları barədə qərarın əleyhinə səs vermələri, eyni zamanda, Gürcüstanın ərazi bütövlüyünü dəstəkləməmələri buna əyani sübutdur. QHT sədri deyib: “Biz Ermənistan hökumətindən Gürcüstanın ərazi bütövlüyünü dəstəkləməyi və suverenliyinə hörmət bəsləməyi, Gürcüstandakı qaçqın və məcburi köçkünlərin hüquqlarını müdafiə etməyi və onların doğma-yurd-yuvalarına qayıtmaları barədə qərarı dəstəkləməyi, erməni ailələrinin zorla Abxaziya və Cənubi Osetiya ərazilərinə yerləşdirilməsinin dayandırılmasını tələb edirik. Əgər tələbimiz yerinə yetirilməsə, aksiyalarımız müxtəlif yerlərdə daha geniş davam edəcək”. Qeyd edək ki, Ermənistan səfirliyinə təqdim olunmuş bəyanatı mindən çox məcburi köçkün imzalayıb. Qeyd edək ki, Ermənistanla bağlı məsələ xarici işlər naziri Elmar Məmmədyarovun Avropa İttifaqının (Aİ) genişlənmə danışıqları və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Hanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə də müzakirə edilib. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq sazişi üzrə danışıqlar prosesinin növbəti raunduna dair geniş müzakirələr aparılıb. Saziş layihəsinin bu ilin sonunda keçiriləcək Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrinin Zirvə toplantısına qədər yekunlaşdırılacağına ümidvarlıq ifadə olunub. Saziş layihəsi üzrə danışıqların növbəti mərhələsinin iyul ayında keçiriləcəyi bildirilib. E.Məmmədyarov saziş layihəsi üzrə danışıqların konstruktiv və intensiv şəkildə aparılmasının müsbət hal olduğunu deyib və danışıqların bu mərhələsində əsasən siyasi və ticarət məsələlərinin müzakirə olunduğunu qeyd edib. O, həmçinin ölkəmizin Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin region üçün əsas təhdid olduğunu deyən nazir Elmar Məmmədyarov münaqişənin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verib. O əlavə edib ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu və Ermənistanın işğala əsaslanan status-kvonu saxlamaq siyasəti münaqişənin həllində irəliləyişə nail olmağa imkan vermir. Elmar Məmmədyarov Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiyasında əks olunduğu kimi, Aİ-nin həlli uzaldılmış münaqişələrə münasibətdə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipi əsasında vahid mövqedən yanaşmasının vacibliyini diqqətə çatdırıb. Avropa İttifaqının komissarı Aİ ilə Azərbaycan arasında nəqliyyat, ticarət, uzlaşma və enerji sahələrində praqmatik və praktik əsaslı əməkdaşlığın mövcud olduğunu bildirib. Görüşdə Aİ-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info