Tereza Meyi dəstəkləyənlərin sayı azalıb
Tarix: 16.06.2017 | Saat: 23:36:00 | E-mail | Çapa göndər


Leyboristlərin lideri Ceremi Korbinin yüksələn populyarlığı fonunda Böyük Britaniyanın Baş naziri Tereza Meyin reytinqi son aylar və həftələrdə xeyli aşağı düşüb. Bu göstərici YouGov kompaniyasının keçirdiyi ictimai rəy sorğusunun nəticələrində də əksini tapıb. Tədqiqat seçki kampaniyasının və seçkilərin nəticələrinin Mey və onun mühafizəkarlar partiyasının imicinə mənfi təsir etdiyini və eyni zamanda, Korbinin və müxalifətdəki Leyboristlər Partiyasının populyarlığını artırdığını göstərir. “Nəticələr aydın şəkildə göstərir ki, Baş nazir elektoratının böyük əksəriyyətini ondan üz çevirməyə məcbur edib”, - YouGov kompaniyasının məlumatında belə deyilir. Hələ aprel ayında Mühafizəkarlar Partiyası tərəfdarlarının 85 faizi Meyi dəstəkləyirdi, iyunun ortalarında isə bu göstərici 57 faizə qədər aşağı enib. Həmin dövr ərzində Korbinin dəstəyi 40 faizdən 75 faizə qalxıb. Xatırladaq ki, iyunun 8-də keçirilən növbədənkənar parlament seçkilərində mühafizəkarlar ötən heyətlə müqayisədə 12 yer itirərək cəmi 318 mandat əldə edə biliblər. Onlara parlamentdə tam çoxluq qazanmaları üçün 8 yer çatmayıb.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info