“Polad istehsalı kompleksinin yaradılması yeni sənaye erasını açır”
Tarix: 25.04.2013 | Saat: 23:14:00 | E-mail | Çapa göndər


Azərbaycanda yeni yaradılacaq polad istehsalı kompleksi ölkə sənayesində yeni sahənin inkişafını təmin edəcək. Bunu sənaye və energetika naziri Natiq Əliyev bildirib. Onun sözlərinə görə, Azərbaycanda polad sənayesinin inkişafı üçün baza artıq mövcuddur.

Belə ki, ölkənin poladəritmə sahəsində təcrübəsi var, bu da polad istehsalı sahəsinin inkişafına təkan verəcək: «Dövlət başçısının Azərbaycanda polad istehsalı kompleksinin yaradılması haqqında imzaladığı sərəncam ölkədə yeni sənaye erasını açır. Hazırda ölkədə sənaye sahəsində yüzlərlə kiçik və orta müəssisələr fəaliyyət göstərir. Lakin böyük və strateji müəssisələr o qədər də çox deyil. Ötən illər ərzində Azərbaycan iqtisadiyyatı neft-qaz sənayesi üzərində qurulub, hazırda isə ölkədə qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülür». N.Əliyev onu da qeyd edib ki, qeyri-neft sektorunun inkişafı asan məsələ deyil və bu sektoru inkişaf etdirmək üçün irihəcmli investisiyalar cəlb olunmalıdır: «Hazırda Azərbaycanın bu sektora yatırdığı investisiyaların həcmi xarici sərmayəni ötüb keçib. Lakin buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı xarici investorlar üçün hər zaman açıqdır».




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info