“Özünüzə yaxşı müəllim seçin”
Tarix: 17.06.2017 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


ABŞ-ın Şimali Karolina Universitetinin professoru, Nobel mükafatı laureatı Aziz Sancar UNEC tələbələri ilə görüşüb. Həyat yolundan, elmi fəaliyyətindən danışan Nobel mükafatçısı tələbələrin suallarını cavablandırıb.
A.Sancar “mənim öyrənməyin dəyərini və güclü iş etikasını aşılayan valideynlərə sahib olmaq şansım oldu” deyə bildirib: “Savurda ibtidai məktəbdən başlayaraq, Mardindəki liseyə, İstanbuldakı Tibb Fakültəsinə qədər mükəmməl müəllimlərə, Texas və Nyu Havendəki doktorantura təhsilimdə və post-doktorantura işimdə də mükəmməl elmi rəhbərlərə sahib olma şansım oldu. Sizə tövsiyəm odur ki, özünüzə yaxşı müəllim seçin”. Dünya şöhrətli alim gənclərə “siz bizim gələcəyimizsiniz” deyərək səslənib: “Türk dünyasını Avropa, Amerika səviyyəsinə siz yüksəldəcəksiniz. Bunun üçün çox çalışacaqsınız. Unutmayın ki, uğura gedən yolun qısası yoxdur. Uğur zəhmət tələb edir. Çox oxuyun, xarici dilləri öyrənin və bütün bunlarla yanaşı, öz dilinizi və kimliyinizi unutmayın”. Alim sualını bəyəndiyi tələbələrə UNEC-in Azərbaycan dilinə tərcümə etdiyi “Aziz Sancarın Nobel bioqrafiyası” kitabını imzalayıb. Görüşdə UNEC tələbələri A.Sancarın çox sevdiyi Yunis Əmrənin şeirlərini səsləndiriblər. Alimə UNEC tələbələrinin əl işlərindən ibarət hədiyyələr təqdim edilib. A.Sancar UNEC-in Türk dünyası işlətmə fakültəsinin müəllimləri ilə də görüşüb. Görüşdə professor gənc müəllimlərə tövsiyələrini səsləndirib, müəllimlik peşəsinin əhəmiyyətini vurğulayıb. UNEC müəllimlərini maraqlandıran sualları cavablandırıb. Sonda A.Sancar fakültənin xatirə dəftərinə ürək sözlərini qeyd edib.
Anar




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
ABŞ-na avtomobil rüsumu ilə bağlı xəbərdarlıq
18.02.2019
Akkoç: “Türkiyə – Azərbaycan qardaşlığı və dostluğu əbədidir”
18.02.2019
“Vergi Ombudsmanı institutunun yaradılması vergi sistemində şəffaflığı artıracaq”
18.02.2019
“Moskvadakı insident, Rusiyada yaşayan iki nüfuzlu qardaş xalqın arasını vurmaq cəhdi idi”
17.02.2019
Qubadakı Qırmızı qəsəbədə ölkənizdəki tolerantlığın əyani şahidi olduq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info