ABŞ Ukrayna siyasətini dəyişəcəkmi?
Tarix: 17.06.2017 | Saat: 00:27:00 | E-mail | Çapa göndər


Gələn həftə Ukrayna prezidenti Petr Poroşenkonun amerikalı həmkarı Donald Trapmla görüşü gözlənilir. Bu ərəfədə Ukrayna Ali Radası Donbasda başa çatan xüsusi əməliyyatdan sonra Silahlı Qüvvələrin yeni mərhələdə istifadə olunması barədə qanun layihəsinə baxacaq.
Təbii ki, iki hadisənin bir-biri ilə bağlı olması istisna deyil. Ukrayna parlamentindəki “Xalq cəbhəsi” fraksiyasının rəsmisi Andrey Teterukun sözlərinə görə, Donbas bölgəsində təhlükəsizlik xidməti nümayəndələrinin başçılığı ilə terrorizmə qarşı mübarizə hüquq çərçivəsində aparılır: “Amma unutmaq olmaz ki, bizə qarşı mövcud formatın həll edə bilməyəcəyi fərqli məqsəd və təhdidlər var. Məhz bu kontekstdə, yeni qaydaların tətbiqi Silahlı Qüvvələrin imkanlarına yeni stimul verəcək”. Qeyd edilməlidir ki, ABŞ dövlət katibi Reks Tillerson bildirib ki, Ukraynadakı vəziyyəti Minsk müqaviləsi ilə zəncirləmək doğru deyil. O, bununla da Ukrayna münaqişəsinin başqa yolla həll edilə biləcəyinə eyham vurub. Bu arada Birləşmiş Millətlər Təşkilatı Donbasdakı hərbi əməliyyatların hər an artma ehtimalı ilə bağlı narahatlığını bildirib. Ukraynanın xarici işlər naziri Pavel Klimkin ABŞ və Ukrayna prezidentlərinin gözlənilən görüşü barədə danışarkən müzakirə ediləcək məsələlərin anonsunu verib. Klimkinin fikrincə, iki ölkə lideri arasında aparılacaq danışıqlarda Minsk razılaşması və Krım məsələsi əsas müzakirə mövzusu olacaq. Xatırladaq ki, bir müddət əvvəl ukraynalı nazir Donbas məsələsi ilə bağlı ABŞ-ın səylərini daha da artıracağı ilə bağlı fikirlər səsləndirmişdi. Təbii ki, nazir bunu deyərkən, Rusiyaya qarşı tətbiq edilən qadağaların daha da sərtləşməsini nəzərdə tuturdu. Amma bir məsələ də var ki, hərbi sahə istisna olmaqla ABŞ Ukraynaya ayırdığı maliyyə yardımını kəskin azaldıb. Məsələn, bu il üçün Kiyevə ilkin olaraq 570 milyon dollar ayrılması planlaşdırıldığı halda, artıq Vaşinqton həmin məbləğı 177 milyon dollara qədər azaldıb.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info