Vaşinqton Milli Xiyabanında üç ilgək aşkar edilib
Tarix: 19.06.2017 | Saat: 16:06:00 | E-mail | Çapa göndər


Vaşinqton Milli Xiyabanında yerləşən muzeylərin binalarında son bir neçə həftə ərzində üç ilgək aşkar edilib. Sonuncu ilgək muzeyin yanındakı fənər dirəyindən asılı vəziyyətdə tapılıb. ABŞ Milli Parklar Xidmətinin polis serjantı Anna Rouz bildirib ki, sonuncu ilgək iyunun 17-də gündüz saatlarında Milli İncəsənət Qalereyasının yanında aşkar edilib. Onun agentliyi hazırda bu hadisəni araşdırmaqla məşğuldur.
AZƏRTAC xəbər verir ki, ilgəklərdən birini turistlər ötən ay Afrika Mənşəli Amerikalıların Milli Tarix və Mədəniyyət Muzeyinin döşəməsində tapıblar. Bundan bir neçə gün əvvəl isə müasir incəsənətin və mədəniyyətin təqdim edildiyi “Hirşhorn Muzeyi və heykəllər bağı” ərazisində daha bir ilgək aşkar edilib.
Vaşinqtonun meri Müriel Bouzer hadisə ilə əlaqədar ötən ay bəyan edib ki, Vaşinqton “inklüziv” şəhərdir və şəhər administrasiyası nifrət, cəhalət və qorxu əlamətlərinin ifadə olunmasına yol verməyəcək.
Vaşinqtonun əsas görməli məkanı olan Milli Xiyaban paytaxtın tarixi mərkəzində müxtəlif abidə və muzeylər kompleksindən ibarətdir. Səmadan baxanda xiyaban mərkəzində Vaşinqton abidəsinin, şimalında Ağ Evin, şərqində Kapitolinin, cənubunda Tomas Cefferson memorialının, qərbində Avraam Linkoln memorialının yerləşdiyi xaça bənzəyir. Bu abidələr arasında parklar, muzeylər və ABŞ Nəbatat Bağı yerləşir. Smitson İnstitutu muzey kompleksi Birləşmiş Ştatların ən məşhur muzey kompleksidir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
İranın ali lideri İİKK-ya yeni komandan təyin edib
22.04.2019
Vladimir Zelenski kadr islahatlarını anons edib
22.04.2019
Türkiyə prezidenti Şri-Lanka hücumunu qınadı
22.04.2019
“Exit Poll“: Vladimir Zelenski Ukrayna prezidenti seçkilərində qalib gəlir
22.04.2019
Kolumbiyada torpaq sürüşməsi 14 nəfərin həyatına son qoydu

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info