Gənclərin Şahbuz Dövlət Təbiət Qoruğuna ekskursiyası təşkil olunub
Tarix: 19.06.2017 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


“Naxçıvanı tanıyaq” devizi altında gənclərin Şahbuz Dövlət Təbiət Qoruğu və Batabat Astrofizika Rəsədxanasına ekskursiyası təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Əvvəlcə Gənclər və İdman Nazirliyi Aparatının gənclərlə iş şöbəsinin əməkdaşı Tahir Məmmədli çıxış edərək, ekskursiyanın keçirilməsində məqsədin muxtar respublikanın tarixi yerlərinin və turizm məkanlarının gənclərə tanıdılması və bu ekskursiyalar zamanı çəkilmiş fotoşəkillərin gənclər tərəfindən müxtəlif sosial şəbəkələrdə paylaşılaraq, muxtar respublikanın tanıdılmasında onların fəallığının artırılması olduğunu bildirib.
Sonra Şahbuz Dövlət Təbiət Qoruğunun direktor müavini Mürsəl Seyidov gənclərə qoruq haqqında ətraflı məlumat verib. Bildirib ki, qoruqda 2 min 899 bitki növü yayılıb. Bunların bir çoxu, məsələn, müxtəlif rəngli və ətirli süsən növləri, dağlarda yayılmış Şərq laləsi, ətirli yabanı qərənfil növləri, səhləb, paradoksal süsən və başqaları endemikdir. Geniş müxtəlifliyə malik bitki örtüyü 285 növ faunanın bu ərazidə yayılmasına imkan verib. Qoruğun ərazisi geoloji cəhətdən Tabaşir yaşlı çöküntülərdən ibarət sıldırım qayalıqlarla, nival və allüvial relyef formaları ilə səciyyələnir. Ərazidə şabalıdı və torflu torpaq tiplərinin mövcudluğu landşaft-bitki örtüyünün formalaşmasında böyük rol oynayıb. Azərbaycan Respublikasında qeydə alınmış 360-dan çox quş növündən Şahbuz dövlət təbiət qoruğunun ərazisində Avropa tüvüyü, oxuyan silvi, adi kəklik, sarıköynək, enliquyruq bülbül, meşə xoruzu, hop-hop və s. məskunlaşıb. Qoruğun ərazisində qonur ayı, porsuq və vaşaqa da rast gəlinir.
Gənclər qoruğun ərazisində yerləşən informasiya mərkəzinin flora, fauna və etnoqrafiya muzeyləri, Batabat Astrofizika Rəsədxanası ilə də tanış olublar.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info