“Eldar Namazov agentdir“
Tarix: 25.04.2013 | Saat: 23:21:00 | E-mail | Çapa göndər


Siyavuş Novruzov: "El" layihəsi də Rusiyanın bir layihəsi idi, amma gördülər ki, mənasızdır”

“Rüstəm İbrahimbəyov da
daxil olmaqla hamısı bir "jek" müdirinə dəyməz”


Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov ölkədəki müxalifət daxilində baş verən proseslərlə bağlı “Trend”ə müsahibəsndə bildirib ki, Azərbaycanda seçki mühitinə hazır olmayan və əhali tərəfindən qəbul olunmayan müxalifətin bir qrupudur.

Xüsusilə Xalq Cəbhəsi və onun ətrafında olan bir neçə kiçik partiya seçki mühitinə hazır deyillər və ictimaiyyət tərəfindən dəstəklənmirlər: “Mənim yadımdadır ki, parlament seçkiləri elan olunmuşdu, amma bunlar hələ bilmirdilər ki, hansı dairədən hansı namizəd irəli sürəcəklər. Sonra da deyirlər ki, vaxt məhduddur. Yəni, siyasi partiya seçkiyə 6 ay qalmış bilməlidir ki, hansı dairədən hansı namizədi irəli sürəcək. İndi də bunlar hələ namizədi müəyyənləşdirə bilməyiblər”. YAP rəsmisi qeyd edib ki, sadəcə olaraq partiyaları hörmətdən düşdüyünə görə, bunlar öz partiyaları adından özlərini cəmiyyətə təqdim edə bilmirlər: “Çünki hörmətsiz partiyadır, cəmiyyət qəbul etmir. Ona görə müxtəlif adlar qoyurlar - "el", "sel", “milli şura”, “Milli Müqavimət Hərəkatı”, “ictimai palata”. Bir ilin içərisində nə qədər hərəkat yaradıblar? Eyni adamlardır, tərkibə baxırsan eynidir, çünki bunların xalqın qarşısına öz adı ilə çıxmağa hörməti və üzü yoxdur. Ümumiyyətlə, bunlar bolşevik psixologiyalı insanlardır, bunlar ad dalınca qaçırlar”. Siyavuş Novruzov müsahibəsində bildirib ki, "el" hərəkat deyil, klubdur: "El" klubudur. Yəni, misal üçün, Şən və Hazırcavablar Klubu olur, başqa-başqa klublar olur. "El" də belə bir qrupdur, ictimai-siyasi hərəkat, dalğa deyil. Hərəkatın arxasında xalq qüvvələri durur. "El"də isə ordan-burdan qovulmuşlar, Rusiyanın agentləri, Azərbaycanda üç adamın yanında hörməti olmayan, yararsız rejissorlar, heç bir yerdə özünə yer qazana bilməyən adamlar toplaşıb. Eldəniz Quliyev var orda. O, ömründə bir ssenari yazıb, o da "Cin mikrorayonda", qurtardı getdi. Yəni Qarabağla bağlı, Azərbaycanın taleyüklü məsələləri ilə bağlı heç bir iş görməyib, adını da qoyub ziyalı. Sənin haran ziyalıdır? Sən rejissorsansa, bu o demək deyil ki, sən ziyalısan. Sənin nəyin ziyalıdır? Ziyalı kimi xalqın qarşısında hansı vəzifəni yerinə yetirmisən? Və yaxud da Eldar Namazov, oradan-ora qovulur, buradan-bura, Rusiyanın agentidir. "El" layihəsi də Rusiyanın bir layihəsi idi, amma gördülər ki, mənasızdır.
Deyirlər ki, guya Rüstəm İbrahimbəyov gələcək, “milli şura” yaradacaq. Rüstəm İbrahimbəyov kimdir axı? Olsa-olsa, yaxşı halda bir ssenarist ola bilər, o da olsa. Rüstəm İbrahimbəyov iki adama rəhbərlik etməyib, dövlət adamı deyil, dövlətçilikdə təcrübəsi yoxdur, siyasətdə təcrübəsi yoxdur, 70-dən yuxarı yaşı olan bir adam ömrü boyu bir "jek" müdiri belə işləməyib. Bu adam kimdir axı? Azərbaycanda gülüş doğurur? Guya bu gəlib rəhbər olacaq, ölkəni idarə edəcək, nə bilim nə. Guya Azərbaycan dağılıb gedir. Azərbaycanda inkişaf var, tərəqqi var. Onların hamısı bir yerdə Azərbaycanda bir "jek" müdirinə dəyməzlər. Yəni bir "jek" müdiri "el" hərəkatına yığışanları necə lazımdır idarə edər. Bunlar hamısı şoudur, seçki ərəfəsi olan məsələlərdir. Ona görə heç bir perspektivləri yoxdur, bir az gəzişəcəklər, orda-burda danışacaqlar, oturacaqlar, duracaqlar, bununla da yekunlaşacaq”.
CAVIDAN





 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info