“Azərbaycan düzgün yolla irəliyə doğru addımlayır”
Tarix: 25.04.2013 | Saat: 23:25:00 | E-mail | Çapa göndər


“Azərbaycan düzgün yolla irəliyə doğru addımlayır”. Bu sözləri Finlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Eero Lehti deyib. Qrupun rəhbəri olaraq hazırda Finlandiya və Azərbaycanın iş adamları, şirkətləri arasında işgüzar əlaqələrin qurulmasına səylər göstərdiyini bildirən Eero Lehti deyib: “Biz bilirik ki, Azərbaycanın nefti var və bu sahədə sizin ölkə xeyli inkişaf edib.
Amma istərdik ki, ölkələrimiz arasında qeyri-neft sahəsində əlaqələr qurulsun. Bunun üçün potensial var və biz hansı Finlandiya şirkətlərinin Azərbaycan bazarına çıxa bilməsi imkanlarını araşdırırıq”. Ötən ilin noyabrında Finlandiya parlamentində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilmiş dinləmələr haqqında fikrini açıqlayan deputat bildirib ki, bunun məqsədi yerli ictimaiyyəti daha geniş şəkildə məlumatlandırmaq olub. “Finlandiya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı az məlumatlıdır. Münaqişə nəticəsində azərbaycanlıların hüquqlarının pozulması haqqında daha çox məlumat yaymağa ehtiyac var. Bunu həm yerli media, həm də parlament deputatlarına müraciət vasitəsilə etmək olar” - deyə o, bildirib. Fin deputat artıq üç dəfə Azərbaycanda olduğunu və gələn ay yenidən ölkəmizə səfər edəcəyini deyib.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info