Nihat Zeybekci: “Naxçıvanla ticarət sərbəst olacaq”
Tarix: 19.06.2017 | Saat: 19:03:00 | E-mail | Çapa göndər


Türkiyənin Qars vilayətinə gələn iqtisadiyyat naziri Nihat Zeybekci brifinq zamanı jurnalistlərə açıqlamasında Qarsla Naxçıvan arasında iqtisadi əlaqələrin genişlənəcəyini bildirib. Qarsa ilk dəfə gəldiyini deyən nazir bildirib ki, "Bu gün Qarsa gözəl xəbərlərlə gəldik. Naxçıvanla kommersiya əlaqələri tamamilə sərbəst vəziyyətdə olacaq. Naxçıvandakı məhsulların Türkiyəyə, Türkiyədəki məhsulların Naxçıvana daxil olması ilə əlaqədar bir quruluş təşkil edirik. Bunun texniki infrastrukturu yaradıldı. Hazırda İqtisadiyyat Nazirliyini orada təmsil edən yoldaşlar fəaliyyət göstərir. Yəni Ərzurum, Artvin ilə ticarət kimi, Naxçıvan üçün də belə bir mühit hazırlayacağıq. Türk lirəsiylə alver ediləcək. Yəni buradan satılan məhsullara onlar türk lirəsi ödəyəcək və ya siz aldığınız məhsullara lirə ödəyəcəksiniz. "
Naxçıvan ilə ticarətin Qarsa çox imkan açacağına diqqət çəkən Zeybekci deyib:"İlk mərhələdə Naxçıvan ilə Qars arasında 100 milyon dollarlıq məhsul heç bir gömrük problemi olmadan daşınacaq. Bu ticarəti də qarslılar həyata keçirəcək. Bu ticarət burada istehsalı və bankçılıq mənasında da bir çox fəaliyyəti də özü ilə gətirəcək".
Zeybekci, sərhəd ticarətiylə əlaqədar də yaxın gələcəkdə işlərin həyata keçiriləcəyini ifadə edərək sərhəd ticarətlərini yaxın zamanda çox aktiv hala gətirəcəklərini bildirib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Belarusa səfər Prezident İlham Əliyevin xarici siyasət istiqamətində növbəti uğurudur”
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info