700 bal toplayan abituriyent: “BANM Azərbaycanda ən yüksək reytinqli təhsil müəssisələrindən biridir”
Tarix: 19.06.2017 | Saat: 19:38:00 | E-mail | Çapa göndər


Əsgərzadə Abdulla Sahib oğlu 25 avqust 2000-ci ildə Gəncədə anadan olub. Orta təhsilini 2006-2012-ci illərdə Gəncə şəhəri 31 saylı məktəbdə alıb. Daha sonra Gəncə Azərbaycan-Türkiyə özəl liseyinə (hazırda Gəncə İstək liseyi) qəbul üçün keçirilən imtahanda 1-ci yerə çıxaraq pulsuz oxumaq imkanı qazanıb. Bu liseydə oxuduğu zaman müxtəlif tədbirlərdə, bilik yarışlarında, yay məktəblərində iştirak edib. Məktəbdə keçirilən müxtəlif bilik yarışlarında, şahmat, voleybol yarışlarında qalib gəlib. Dövlət İmtahan Mərkəzinin (DİM) 2017/2018-ci tədris ili üzrə keçirilən qəbul imtahanında 700 bal toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını seçəcək.
- 700 ballıq nəticəni nələrin sayəsində əldə edə bilmisən? Necə düşünürsən, bunun üçün xüsusi istedad olmalıdır, yoxsa burada şans hansısa rol oynayır?
- Bu nəticəni əldə etmək üçün ibtidai siniflərdən başlayaraq yaxşı oxumaq lazımdır. Bunun sadəcə bir şans olması mümkün deyil. Lakin 1-2 sual mexaniki səhv də ola bilərdi ki, burada şansım gətirdi.
 - Qəbul imtahanı necə keçmişdi? İmtahandan əvvəl və imtahandan sonrakı xatirələrin sənin üçün hansı təəssüratlarla yadda qalıb?
- Qəbul imtahanı obyektiv keçdi. İmtahandan əvvəl həyəcanım var idi, amma sual kitabçasını əlimə alandan sonra yalnız suallar üzərində işləməyə başladım, daha heç bir şey fikirləşmədim. Suallar asan idi, bir saata bütün sualları qurtardım sonra dəfələrlə yoxladım və kodlaşdırdım. Səhvim olacağına inanmırdım, amma yenə də həyəcan var idi.
-  Niyə məhz bu ixtisası və BANM-i seçdin və bu seçimi etdikdə hansı məqsədləri qarşına qoydun?
- Hələ 10-cu sinifdə 1-ci qrupu seçərkən, BANM-i nəzərdə tutmuşdum. BANM Azərbaycanda yüksək reytinqli təhsil müəssisələrindən biridir və eşitdiyimə görə burada beynəlxalq tələblərə uyğun, yüksək səviyyəli tədris həyata keçirilir. İxtisasa gəlincə dəqiq elmlərə, xüsusən fizika və riyaziyyata marağım çox olduğundan fikirləşirəm ki, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını seçərək öz bilik və bacarığımı bu sahədə göstərə biləcəm. 
- Ən böyük arzun nədir?
- Arzular sözsüz ki çoxdur, ən böyük arzularımdan biri də mükəmməl təhsil alıb, yaxşı bir mütəxəssis kimi yetişməkdir.
-  Özünü gələcəkdə harada görürsən və gələcək üçün planların hansılardır?
- Bakalavr kimi təhsilimi BANM-də alıb, magistr kimi isə təhsilimi xaricdə davam etdirmək niyyətindəyəm. Seçdiyim ixtisasın bütün incəliklərinə yiyələnərək bu sahədə uğurlar qazanmaq arzusundayam.
Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info