Məleykə Abbaszadə: “Əlavə sənəd qəbulunda 5000-dən çox abituriyent sənəd verib”
Tarix: 19.06.2017 | Saat: 19:39:00 | E-mail | Çapa göndər


Ali və orta ixtisas məktəblərinə may ayında əlavə olaraq aparılan sənəd qəbulu zamanı 5000-dən çox abituriyent yenidən sənəd verib. Bunu jurnalistlərə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
M.Abbaszadə qeyd edib ki, bu il ümumilikdə 90 min abituriyent qəbul prosesində iştirak edir. Onların bir qismi I-IV, digər qismi isə V qrupa və kolleclərə sənəd verib: "Bu rəqəmlər ötən illə demək olar ki, eyni həddədir. Nəzərə almaq lazımdır ki, bu il 11-ci sinfi bitirənlərin sayı ötən illə müqayisədə azalıb. Hər il abituriyentlərin əsas kontingenti cari ilin məzunları təşkil edir. Bu il I-IV qrupda iştirak edənlərin 70 faizi bu ilin, qalanlar isə əvvəlki illərin məzunlarıdır".
M.Abbaszadə yaz qəbul imtahanlarında 680-dən çox bal toplayanların yay imtahanlarında yenidən iştirakına münasibət bildirərək qeyd edib ki, bu, onların ikinci şansıdır və onlar bu şanslarından istifadə edə bilərlər: "Onlar qarşılarına 700 bal toplamağı hədəf qoyublarsa, biz bunu sadəcə alqışlaya bilərik".
M.Abbaszadə bildirib ki, qəbul və buraxılış imtahanlarında nəticəsi ləğv olunanlara əlavə şans verilmir: "Köçürməyə cəhd edənlərin nəticələri ləğv olunur. Buraxılış imtahanlarının nəticələrinin ləğv olunması o deməkdir ki, həmin məzunun attestat almaq məsələsi də sual altına düşür. Ancaq əvvəldən də xəbərdarlıq edilmişdi ki, imtahanlara nə əlavə vəsaitlə gəlmək, nə də köçürmək olmaz. Təbii ki, nəticəsi ləğv olunanlara əlavə şans verilmir. Belə şans verilsə, onlar hesab edərlər ki, mən yenə də qanunu pozum, bu dəfə aşkarlansa da, gələn dəfə aşkarlanmayacaq".

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Aşura günü Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info