Samux rayonu alternativ enerji ilə təmin ediləcək
Tarix: 25.04.2013 | Saat: 23:26:00 | E-mail | Çapa göndər


Samux rayonu ərazisində alternativ enerji ilə bağlı yeni layihə həyata keçirilir. Bunu Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov bildirib. Onun sözlərinə görə, bu, pilot layihə sayılsa da, miqyaslarını nəzərə alanda əslində Samuxun avtonom rejimdə alternativ enerji ilə təminatını nəzərdə tutur. Belə ki, hazırda layihə çərçivəsində rayonda aqro-energetik yaşayış kompleksi salınır. Burada günəş, külək, termal enerji və biokütlələr hesabına enerji alınacaq. Alternativ enerji sistemi buradakı heyvandarlıq, quşçuluq, əkinçilik, balıqçılıq, istixanalar sistemini enerji ilə təmin edəcək: «Həm də buradan alınan biokütlə hesabına, digər dayanıqlı olmayan, günəş, külək enerjisini tamamlamalı və akkumulyasiya etməliyik və bu sistem avtonom rejimdə işləməlidir». A.Bədəlovun sözlərinə görə, bu layihə dövlət vəsaiti hesabına alternativ enerji ilə bağlı araşdırmaların aparılması məqsədilə həyata keçirilir. Layihənin təcrübəsinə uyğun olaraq bu sahəyə özəl şirkətlər də cəlb ediləcək.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info