“Terror dalğası Avropa İttifaqının miqrasiya siyasətinin nəticəsidir”
Tarix: 20.06.2017 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


Polşanın baş naziri Beata Şidlo: “Polşa hökuməti birbaşa və açıq şəkildə bu insanlara, harada yaşamalarından asılı olmayaraq, yaşadıqları yerdə kömək etməyi təklif edir”

“Son dövrlər Avropaya geniş ayaq açan terror dalğası Avropa İttifaqının məsuliyyətsiz miqrasiya siyasətinin nəticəsidir”.
Bu fikirləri Polşa televiziyasına verdiyi açıqlamada ölkənin baş naziri Beata Şidlo səsləndirib. O qeyd edib ki, Avropada sayı artan terror olayları uzun illərdən bəri həyata keçirilən məsuliyyətsiz siyasətin nəticəsi kimi qəbul edilməlidir: “Avropaya gələn miqrantlar bu ərazilərdə yaşasalar da, onlar öz gələcəklərini Avropada görmürlər”. Lakin qeyd edilməlidir ki, polşalı nazir öz fikirlərində bir daha qaçqınların Avropada yerləşdirilməsinə qarşı çıxış edib: “Vicdanlarını sakitləşdirməyə çalışan bir çox siyasətçilər miqrantları bir yerdən başqa bir yerə köçürməklə problemin həllinə nail olduqlarını düşünürlər. Lakin bununla problemlər həll edilməyəcək. Buna görə də Polşa hökuməti birbaşa və açıq şəkildə bu insanlara, harada yaşamalarından asılı olmayaraq, yaşadıqları yerdə kömək etməyi təklif edir”.

“Əgər, biz xeyli miqdarda insanın elə yerində müayinə və müalicəsinə kömək edə biliriksə, onların başqa bir yerə, məsəl üçün elə Polşaya gətirilməsinə nə ehtiyac var?”

Şidlo, həmçinin qaçqınların müalicəsi üçün humanitar dəhlizə qarşı da çıxış edib. Nazir “humanitar dəhliz” təşəbbüsü ilə çıxış edənlərə, optimal variant kimi, miqrantların yaşadığı ərazilərdə xəstəxanaların tikilməsini təklif edib: “Əgər biz xeyli miqdarda insanın elə yerində müayinə və müalicəsinə kömək edə biliriksə, onların başqa bir yerə, məsələn, elə Polşaya gətirilməsinə nə ehtiyac var?”. Bir daha xatırladaq ki, 2015-ci ilin payızında Avropa İttifaqı Yunanıstan və İtaliya ərazilərində cəmlənən 169 mindən artıq afrikalı miqrantın təşkilata üzv olan ölkə ərazilərində yerləşdirilməsinə qərar vermişdi. İttifaq tərəfindən verilən kvotaya görə, Polşa 7 min, Çexiya 1600, Macarıstan 1300, Slovakiya isə 900 nəfər miqrant qəbul etməli idi. Lakin son iki ildə Çexiya 12, Slovakiya 16 miqrant qəbul etsə də, nə Polşa, nə də Macarıstan öz ərazisinə bir nəfər də olsun miqrant buraxmayıb. Bununla əlaqədar Avropa Komissiyası bu ölkələrə rəsmi məktubla müraciət edərək, onları qadağalarla təhdid edib. Polşa hökumətinin mətbuat katibi Rafal Bohenek isə yerli televiziyalardan birinə verdiyi açıqlamada bildirib ki, miqrantların köçürülməsi nə onların axınının, nə də dənizdə boğulmalarının qarşısını ala bilməyəcək. Avropa Komissiyasının hər hansı bir üzv ölkəyə qadağa tətbiq etmək təşəbbüsü ilə çıxış etməsi təşkilatın zəifliyini ortaya qoyur. Avropa İttifaqının rəsmi şəxsləri, həqiqətən, miqrasiya problemini həll etmək istəyirlərsə, o zaman xəyallardan ayrılaraq məsələyə daha real yanaşma ortaya qoymalıdırlar. Onlar miqrantların yerdəyişməsini həyata keçirmək siyasəti ilə problemin həllinə nail ola bilməyəcəklər”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info